Jump to content

Wn/az/Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yenilənir

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti yenilənir

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin iki üzvü yenilənib.

Deputat Çingiz Qənizadə məlumatı mediaya təsdiqləyib.

“Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətində boşalan iki yerə mənim və deputat Naqif Həmzəyevin namizədliyinin verilməsi doğrudur", o bildirib.

Ç.Qənizadə vurğulayıb ki, artıq onların namizədlikləri təsdiqlənib. Deputat vurğulayıb ki, AŞPA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirak edəcəkləri gözlənilir.

Bu il Azərbaycanın AŞPA nümayəndə heyətinin üzvlərindən iki nəfər - Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib.

AŞPA-nın Prosedur Qaydalar Komitəsi isə ötən ay korrupsiya hesabatında dörd deputata sanksiyalar tətbiq etmişdi. Onlardan biri də Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov idi.

Qurumdan yayılan məlumata görə, korrupsiya iddialarını araşdıran Müstəqil Təhqiqat Qurumunun hesabatında AŞPA-nin dörd üzvü Davranış Kodeksini ciddi pozub. Həmin dörd deputatın AŞPA-dakı bir sıra hüquqlarından müvəqqəti məhrum edilməsinə qərar verilib. Onlar məruzəçi təyin oluna, bir sıra vəzifələrə namizədliklərini verə, seçkiləri müşahidə edə bilməzlər.

Bu sanksiyalar İspaniyadan deputat Pedro Aqramunta 10 il müddətinə, Rumıniyadan Sezar Florin Preda, İspaniyadan Xordi Şuklaya və Azərbaycandan S.Seyidova iki illiyə tətbiq edilib.

S.Seyidovun Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi fəaliyyətini davam etdirəcəyi gözlənilir.

Mənbə

[edit | edit source]

Amerikanın səsi