Wn/az/ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > ABŞ polisi Los-Anceles şəhərindəki bir evdən 1.000-dən çox odlu silah ələ keçirib

9 may 2019, Cümə axşamı

8 may 2019-cu il tarixində ABŞ-ın Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərinin Holmbi-Hillz qonşuluğunda 1.000-dən çox odlu silah aşkar edilmişdir.

Los-Anceles Şəhər Polis Departamentinin zabiti Ceff Linin dediyinə görə, Alkoqol, Tənbəki, Odlu silah və Partlayıcılan Bürosunun agentləri və Los-Anceles Şəhər Polis Departamentinin əməkdaşları qeyri-qanuni odlu silahlar istehsal edən və satan bir şəxsin evinə olan axtarış orderini həyata keçirmişdir.

Hadisə yerindəki bir kişi, 57 yaşlı Jirar Demiyen Sayens Kaliforniya ştatının avtomatların və ya .50 Browning Machine Gun silahının istehsalı, bölüşdürülməsi, nəql edilməsi, satılması, paylanması və ya borca verilməsi barədə olan 30600 nömrəli cinayət məcəlləsi pozduğuna görə polis tərəfindən nəzarət altına alınmışdır. Bu cinayət məcəlləsini pozan hüquqi şəxs dörd ildən səkkiz ilə qədər həbs cəzası ala bilər. O, 50.000 ABŞ dolları dəyərində istiqraz ilə saxlanılır.

Hadisə yerinin göydən çəkilmiş görüntülərdə yorğanın üzərində düzülmüş xeyli odlu silah görünür. Silahların tərkibi tapançalardan tüfənglərə qədər dəyişir.

Alkoqol, Tənbəki, Odlu silah və Partlayıcılan Bürosunun müşaviri Cincer Kolbrun yazılı açıqlamada bildirmişdir ki, səlahiyyətli şəxslərin anonim bir mənbədən kiminsə "fərdin daşıdığı federal odlu silah lisenziyasının əhatə dairəsindən xaricdə qeyri-qanuni odlu silahlarla hərəkət etməsi" barədə məlumat almışdılar. Los-Anceles Şəhər Polis Departamentinin əməkdaşları evdən silahlara əlavə olaraq, odlu silah istehsalı üçün nəzərdə tutulmuş avadanlıqlar da aşkar etmişdir.

Mənbə[edit | edit source]