Jump to content

Wn/az/ABŞ nüvə razılaşmasından çıxıb

From Wikimedia Incubator
< Wn | az
Wn > az > ABŞ nüvə razılaşmasından çıxıb

Nevadada olan Donald Tramp məlumatı təsdiq edib.

ABŞ ilə Rusiya arasında 1987-ci ildə imzalanan Orta Mənzilli Nüvə Qüvvələri (OMNQ) müqaviləsinin ləğv ediləcəyi təqdirdə silahlanma yarışının sürətlənəcəyi və bu yarışın Avropanın təhlükəsizliyini təhdid edəcəyi bildirilir.

ABŞ müqavilədən ayrıldığını açıqlayandan sonra 6 ay müddətinə razılaşmanı tamamilə tərk etmiş olacaq.[1]


Həftənin beşinci günü, ABŞ dövlət katibi, Mayk Pompeo Vaşinqtonda keçirilən mətbuat konfransında xəbəri elan edib:

Rusiya törətdiyi qayda pozmaları milyonlar Avropalı və Amerikalıları böyük risk altına qoyub <...> Buna görə, Birləşmiş Ştatlar Fevralın ikisindən öz OMNQ öhdəliklərini ləğv edir.[2]

Təsdiq

[edit | edit source]

Nevadadaki mitinqindən sonra, Donaldald Tramp xəbəri mətbuata təsdiqləyib:

Biz o silahları inkişaf etməyə məcbur olacayıq <...> Razılaşmanı dayandırıb, ondan çıxacayıq.[3]

Reaksiyalar

[edit | edit source]

Rusiyadan

[edit | edit source]

RF Müdafiə Naziri, Sergey Şoyqu və Xarici İşlər Naziri Sergey Lavrov ilə görüşməsində, Vladimir Putin Rusiyanın da razılaşmadan çəkilməsindən deyib:

Amerikan partnyorlar müqavilədə öz iştrakinı dayandırdıqları bəyan etdilər, bizdə dayandırırıq.[4]

Razılaşma tərəfi olmayanlardan

[edit | edit source]

Çinq Xalq Respublikasının Xarici İşlər Nazirliyin spikeri, Genq Şunanq deyib ki, Çin ABŞ-ın razılaşmasından çıxmasına qarşıdır. O, ABŞ ilə Rusiyanı əməlli şəkildə öz fərqləri konstruktiv dialoq vasitəsi ilə çözməyə çağırıb.[5]

Tarix

[edit | edit source]
Razılaşmanın imzalaması (1987, dekabrın 8-i)

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ prezidenti Mixail Qorbaçov arasında imzalanan müqavilə mənzili 500 ilə 5 min 500 kilometr arasında olan, qurudan havaya atıla bilən orta mənzilli raketlərin qadağan edilməsini nəzərdə tutur. Müqavilə dənizdən atılan raketləri əhatə etmir.

Nüvə müharibəsi təhdidini aradan qaldıran müqavilə çərçivəsində 4 ildə təxminən 2 min 700 raket zərərsizləşdirilib.

Müqavilə nüvə silahlı raketləri 30 ildən çoxdur Avropa torpaqlarından uzaq tutur. [1]

İstinadlar

[edit | edit source]


  1. 1.0 1.1 [1]
  2. [2]
  3. [3]
  4. [4]
  5. [5]