Wn/az/Ən pis sonluqla bitən seriallar açıqlandı

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Ən pis sonluqla bitən seriallar açıqlandı


5 iyun 2018, Çərşənbə axşamı

"USA Today" film tənqidçiləri məntiqsiz və ya maraqsız sonluqlarla bitən məşhur serialların reytinqini hazırlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, siyahıya "Mən sizin ananıza necə rast gəldim" serialı liderlik edib.

Filmin sonunda Ted (Coş Rednor) gözlənilmədən Robin (Kobi Smolders) ilə münasibətlərini bərpa edir.

Tənqidçilərin fikrincə "Mən sizin ananıza necə rast gəldim" serialının yaradıcılarının bu səhnə ilə finala çatması lazımsız idi.

Siyahıda ikinci yeri "Saynfeld" tutub. Müəlliflər filmin sonunda bütün əsas personajları həbsxanaya göndərməklə kifayətlənirlər.

Üçüncü pillədə "Sağ qalmaq", 4-cüdə isə "Dekster" serialları qərarlaşıb.

Mənbə[edit | edit source]

Milli.az