Wn/az/Şimali Koreyada iki sabiq nazirə çıxarılmış ölüm hökmü icra olunub
4 aprel 2011, Bazar ertəsi
- 5 June 2018: Wn/az/Tramp-Kim görüşü Sinqapurda baş tutacaq
- 23 February 2016: Wn/az/Şimali Koreyada iki sabiq nazirə çıxarılmış ölüm hökmü icra olunub
Şimali Koreyada iki sabiq nazirə çıxarılmış ölüm hökmü aprelin 4-də icra olunub. Keçmiş nəqliyyat naziri Kim Yon Sam və sabiq maliyyə naziri Mun İl Bon casusluqda və ziyankarlıqda təqsirli bilinmişdilər.
2004-cü ilin aprelində dəmiryol stansiyalarının birində partlayış baş vermişdi. Nəqliyyat naziri bu hadisəyə görə qatarla Çindən gələn milli lider Kim Çen İrə qarşı təxribatda günahlandırılmışdı. İstintaqın qənaətinə görə, təxribat yalnız məxfi məlumatın sızması nəticəsində baş verə bilərdi, çünki Şimali Koreya liderinin hərəkət marşrutu onun mühafizəçisinə, katibinə və nəqliyyat nazirinə məlumdur.
Edam olunan maliyyə naziri isə 2009-cu ildə Koreyada keçirilmiş pul islahatlarının iflasa uğramasında günahlandırılmışdı. İslahatlar nəticəsində qiymətlər qalxmış, mal qıtlığı yaranmışdı.
Mənbə
[edit | edit source]