Jump to content

Wn/az/İstanbulda taksi sürücüləri ilə Uber arasında münaqişə artmaqdadır

From Wikimedia Incubator
< Wn | az
Wn > az > İstanbulda taksi sürücüləri ilə Uber arasında münaqişə artmaqdadır
File:U Ningbo 2.jpg

İstanbul küçələri getdikcə taksi sürücüləri ilə Uber sürücüləri arasında münaqişənin müşahidə edildiyi bir yerə çevrilməkdədir. Uber sərnişinlərinin internetdə paylaşdıqları videolarda taksi sürücülərinin Uber nəqliyyat vasitələrinə necə hücum etdiyini görmək mümkündür. Türkiyənin ən böyük şəhərinin küçələrində Uber nəqliyyat vasitələrini tanımaq çox asandır. Onlar adətən qara və ya ağ rəngdə olan minivanlardır. “Bizə qarşı sözlə şəxsi hücumlar etməklə bərabər, getdikcə daha çox fiziki zorakılıq, maşınlarla qabağımıza keçdiklərini müşahidə edirik.” – deyə, 22 yaşlı Mehmet adlı Uber sürücüsü bildirib: “Bəzi həmkarlarıma edilən hücumlar daha ağır olub. Silahla hücum edilən hallar da olub. Bu adətən gecə saatlarında baş verir.” Yerli mətbuat xəbər verir ki, Uber sürücüləri ucqar yerlərə çağırılaraq, orada naməlum şəxslər tərəfindən hücuma məruz qalırlar. Taksi sənayesi hücum ittihamlarını rədd edir.

Əməliyyat məsrəfləri

[edit | edit source]

Türkiyədə taksi sürmək mühüm bir sərmayədir. Nəqliyyat vasitəsi üçün müvafiq taksi nişanı almağın məsrəfi təxminən 385,000 dollardır. Sürücülər üçün bu böyük qənaət və ya borc bahasına başa gəlir. Baxmayaraq ki, İstanbulda movcud olan 18,000 taksi nişanının böyük əksəriyyəri zəngin sərmayəçilər tərəfindən alınıb, həmin nişanlar adi taksi sürücülərinə ayda təxminən 2,000 dollara icarəyə verilir. Avropada benzinə qiymətin yüksək olduğunu nəzərə alsaq, taksi sürücüləri onsuz da həyatlarından razı deyildilər. Uber meydana çıxandan sonra isə vəziyyət daha da gərginləşib. Uber sürücülərinə qarşı hücumlar çox sayda insanın etirazına səbəb olub. Sosial mediada şərhlərin böyük əksəriyyəti Uber-ə dəstəyi ifadə edir. Bəzi istifadəçilər “mən taksiyə minmirəm” və “Uber-ə toxunmayın” mesajı verən haştaqlar paylaşır. “Mən hava limanına gedirəmsə, ya da uzun bir yola çıxmalıyamsa, o zaman Uber götürürəm. Çünki, daha geniş və etibarlıdır. Həmçinin də, vaxtında gəlir.” – deyə, Mehmet adlı 26 yaşlı dizayner bildirib. Əlavə edib ki, bəzən daha bahalı olsa da, Uber-ə üstünlük verir.

Çoxlarının seçdiyi xidmət

[edit | edit source]

Digər ölkələrdən fərqli olaraq, Uber Türkiyədə bir qayda olaraq taksi xidməti ilə müqayisədə bir qədər bahadır. Lakin əksər hallarda müasir minivanlar sürən Uber sürücüləri sərnişinlərinə daha geniş salon təklif edirlər. Bu isə, kiçik və köhnə taksilərin üstünlük təşkil etdiyi İstanbulda sərnişinlərə daha çox Uber istifadə etməsinin səbəbidir. Uber sistemini fərqləndirən xüsusiyyətlər bidir də, istifadəçilərə razılaşdırılmış məbləği öncədən kredit kartı vasitəsilə ödəmək imkanı verməsidir. İstanbul əhalisi taksi sürücüləri tərəfindən aldadılaraq daha çox məbləğ ödəməli olduqları ilə bağlı təcrübəyə malikdir. Bu yaxınlarda geniş yayılmış oxşar hekayələrin birində taksi sürücüsü hava limanına getməli olan səudiyyəli turisti şəhər içində müxtəlif isiqamətlərə bir neçə saat sürüb. Nəticədə bir neçə yüz dollar gediş haqqı ödəyən turist uçuşa gecikib. Lakin taksi sürücüləri ədalətsiz rəqabətdən şikayətlənirlər. Bu ayın əvvəli İstanbul Taksi Biznesi Palatası məhkəməyə müraciət edərək, Uber-i lisensiyasız taksi xidməti göstərməkdə ittiham edib. Təşkilat 18,000 lisenziyalı nəqliyyat vasitələri olan 50,000 sürücünü təmsil edir. Yüzlərlə sürücü məhkəmə binasının önünə gələrək, həmrəylik nümayiş etdiriblər. Sürücülər “oğru Uber” və “Uber-i əzəcəyik” şüarları səsləndiriblər. Müşahidəçilər bildirirlər ki, taksi sürücülərinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan timsalında güclü dəstəkçiləri var. Taksi sürücüləri ənənəvi olaraq prezidentin ən loyal dəstəkçiləridirdir və prezident hər zaman özünü onların təmsilçisi olduğunu fəxrlə qeyd edib. "Taksi sürücüləri hər zaman prezidenti dəstəkləyiblər, indi isə o bizə dəstək olmalıdır” – deyə Ahmed Kaptan adlı taksi sürücüsü bildirib.

Mənbə

[edit | edit source]

Amerikanın səsi