Wn/az/İctimai Palata Bakıda etiraz aksiyası keçirilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > İctimai Palata Bakıda etiraz aksiyası keçirilib
Jump to navigation Jump to search


Bookmark-new.svg

2 aprel 2011, Şənbə

İctimai Palatanın təyin etdiyi etiraz aksiyanın iştirakçıları Səməd Vurğun küçəsində bəzi mağazaların, tikililərin, habelə "Bank Standard"ın şöbəsinin pəncərələrinin şüşələrini və qapısını sındırıblar. APA-nın məlumatına görə, müxtəlif şüarlar səsləndirərək küçə boyu hərəkət edən aksiyaçılar qarşılarına çıxan obyektlərə daş və müxtəlif əşyalar atıblar. Bəzi obyektlərə ciddi ziyan dəyib.

Aksiya iştirakçıları hazırda "28 May" küçəsi və "Azadlıq" prospekti istiqamətində toplaşmağa cəhd edirlər.

Bəzi müxalifət partiyalarını özündə cəmləşdirən İctimai Palatanın şənbə günü Bakının "Fəvvarələr" meydanında keçirmək istədiyi uğursuz mitinq cəhdi baş tutmayıb. Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, saat 14:00 radələrində bir qrup müxalifətçi icazəsiz aksiya keçirmək istəyib. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Mənbə[edit]