Wn/az/"Endeavour" şatlı Beynəlxalq Fəza Stansiyasına çatdı

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > "Endeavour" şatlı Beynəlxalq Fəza Stansiyasına çatdı
Jump to navigation Jump to search


Bookmark-new.svg

19 may 2011, Cümə axşamı

ABŞ fəza gəmisi "Endeavour" Beynəlxalq Fəza Stansiyasına çatıb. ABŞ fəza agentliyi NASA gəminin iki gün yubandıqdan sonra fəza stansiyasına uğurlu eniş etdiyini bildiri. Gəminin qapısı açıldıqdan, və ekipaj heyəti ilə fəza stansiya heyəti salamlaşdıqdan sonra astronavtlar işə başlayacaqlar. Bu missiya Endeavour fəza gəmisinin sonuncu səyahətidir. NASA rəsmisi Bill Gerstenmaier fəza gəzintilərinin çox çətin olacağını bildirib. Endeavourun əsas tapşırığı 2 milyard dollar dəyərində olan detektor hissəciyini fəza stansiyasına yerləşdirmək olacaq. Alimlər detektorun kainatın yaranması haqda daha da çox məlumat toplamağa kömək edəcəyinə ümid edirlər.

Mənbə[edit]