Wy/az/Avropa

From Wikimedia Incubator
< Wy‎ | az
Wy > az > Avropa

Avropa — Afrikanın şimalında, Asiyanın qərbində, Atlantik okeanının şərqində yerləşən qitə. Onun sahəsi 10,180,000 km²-ə bərabərdir. Avropaya hər il 480 milyon turist gəlir ki, bu da ümumi turist sayının təxminən yarısına bərabərdir. Dünyada ən çox səyahət edilən ilk 10 ölkənin 7-si Avropa ölkəsidir. Yaxşı mühafizə edilmiş tarixi mirası, təhlükəsizlik, nəqliyyatın rahatlığı Avropada səyahəti asanlaşdırır. Həmçinin Şengen razılaşmasının tətbiqi ilə Avropanın 26 ölkəsini bir viza ilə gəzmək mümkün olmuşdur.

Bölgələr[edit | edit source]

Avropanın xəritəsi
Apennin yarımadası (İtaliya, Malta, San-Marino, Vatikan)
Balkan yarımadası (Albaniya, Bolqarıstan, Bosniya və Herseqovina, Xorvatiya, Kosovo, Makedoniya, Moldova, Monteneqro, Rumıniya, Serbiya)
Baltikyanı ölkələr (Estoniya, Latviya, Litva)
Belarusiya, RusiyaUkrayna
Benilüks (Belçika, Lüksemburq, Niderland)
Benilüks Şimal-Qərbi Avropa regionunda, Fransa ilə Almaniya arasında yerləşən, üç qonşu ölkəni (Belçikanı, Niderlandı, Lüksemburqu) özündə birləşdirən ittifaqdır. Benilüks sözü üç ölkənin adının başlanğıcı ilə formalaşdırılıb. İttifaq 1944-cü ildə xidmətlərin və ticarətin rahat aparılmasına, əhalinin bu ölkələrə sərbəst səyahətinə nail olmaq məqsədilə üç ölkə arasındakı sərhədlərin açılması nəticəsində yaranmışdı.
Britaniya adaları (Böyük Britaniya, Cersi, Gernsi, İrlandiya, Men adası)
FransaMonako
İberiya (Andorra, Cəbəllütariq, İspaniya, Portuqaliya)
Kipr, Şimali Kipr, TürkiyəYunanıstan
Qafqaz (Azərbaycan, Ermənistan, Gürcüstan)
Qafqazın şərq sərhəddinin Xəzər dənizi, qərbinin isə Qara dəniz olduğu qəbul edilir ancaq şimali və cənubi sərhədləri haqqında konsensus yoxdur. Şimalda fiziki-coğrafi sərhəd Kuma-Manıç çökəkliyi, hazırki inzibati bölgüyə görə isə Krasnodar və Stavropol vilayətlərinin və Dağıstanın şimal sərhədləri hesab edilir.
Mərkəzi Avropa (Almaniya, Avstriya, İsveçrə, Çexiya, Lixtenşteyn, Macarıstan, Polşa, Slovakiya, Sloveniya)
Skandinaviya
Danimarka, Farer adaları, Finlandiya, İslandiya, İsveç, Norveç


Şəhərlər[edit | edit source]