Wn/az/Türkiyədə zəlzələ oldu

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Türkiyədə zəlzələ oldu


24 oktyabr 2011, Bazar ertəsi

Zəlzələni təsvir edən xəritə

Türkiyə dövlət televiziyası ölkənin cənub-şərqində yerləşən Van əyalətində baş vermiş şiddətli zəlzələ nəticəsində 60 nəfərin öldüyü, 150 nəfərin yaralandığı haqda məlumat verib.

7,2 bal gücündə zəlzələ bazar günü Van vilayətində baş verib. Zəlzədən sonra güclü yer titrəyişləri qeydə alınıb. Zəlzələ nəticəsində ən böyük zərər Ercis şəhərinə dəyib. Ercis şəhərinin meri fövqəladə yardıma ehtiyacın və çox sayda ölənin olduğunu bildirib.

Baş nazirin müavini Beşir Atalay Ercis şəhərində təxminən 30 binanın dağıldığını bildirib. Vanda 10 binanın dağıldığı bildirilir. Birləşmiş Ştatlar və Azərbaycan daxil olmaqla, bir sıra ölkələr Türkiyəyə yardım təklif edib. ABŞ prezidenti Barak Obama və Dövlət katibi Hillari Klinton Türkiyə xalqına başsağlığı ifadə ediblər. Prezident Obama deyib ki, ABŞ zəlzələ haqda xəbərləri böyük narahatlıqlarla izləyir və bu ağır vaxt Türkiyə ilə çiyin-çiyinə dayanır.

Mənbə[edit | edit source]


Əlaqəli xəbər[edit | edit source]