Wn/az/Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib
|
Xəbərləri dostlarınla bölüş: |
- 21 May 2012: Wn/az/Aziz Yıldırım rekord səslə yenidən "Fənərbaxça"nın prezidenti seçildi
- 2 March 2012: Wn/az/Türkiyədə partlayış törədilib
- 11 November 2011: Wn/az/Van zəlzələsinin qurbanlarının sayı artır
- 11 November 2011: Wn/az/Türkiyənin Van vilayətində yeni zəlzələ baş verib
- 2 November 2011: Wn/az/Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib
- 1 March 2012: Wn/az/BMT-nin İnsan Hüquqları Şurası Suriya hökumətini tənqid edib
- 1 March 2012: Wn/az/Ərəb Liqası Suriya üzrə xüsusi nümayəndə təyin edib
- 1 March 2012: Wn/az/Suriyanın Homs şəhərinin Baba Əmr bölgəsindən rəqib döyüşçülər sıxışdırılaraq çıxarılıb
- 2 November 2011: Wn/az/NATO baş katibi Suriyaya müdaxilə olmayacağını açıqladı
- 2 November 2011: Wn/az/Rəcəb Tayyib Ərdoğan Suriya hadisələrinə münasibət bildirib
2 noyabr 2011, Çərşənbə
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Suriya müxalifətinə dəstək bildirərək, xalqın müqavimət hərəkatının uğur qazanacağına inandığını deyib. Bu gün Ədalət və İnkişaf partiyasının parlament qrupu qarşısında çıxışı zamanı cənab Ərdoğan Suriya administrasiyasını kəskin tənqid edib.
Baş nazir Ərdoğan Türkiyə və Suriya arasında dostluq əlaqələrinə toxunaraq deyib ki, Suriya hakimiyyəti bu münasibətləri düzgün qiymətləndirə bilməyib. “Suriya liderləri bizim xəbərdarlıqlarımıza əhəmiyyət verməyib. Biz bu prosesdə səssiz qala bilmərik. Biz mövqeyimizi bildirməyə davam edəcəyik” deyərək cənab Ərdoğan bildirib.
Suriyanın bir zamanlar yaxın müttəfiqi olan Türkiyə Suriya rejiminin hökumət əleyhinə nümayişləri qəddarcasına dağıtmasını getdikcə daha artıq tənqidlərlə qarşılayır. Keçən ay çıxışlarının birində cənab Ərdoğan prezident Əsədi kəskin tənqid edərək, Suriyanın ərəb baharını yaşayan növbəti ölkə ola biləcəyini və Bəşar Əl-Əsədin son nəhayətdə öz xalqı tərəfindən devrilə biləcəyini demişdi. “Suriyada öz xalqını əzənlər davam gətirə bilməyəcək. Avtokrat rejimlərin vaxtı artıq keçib. Totalitar rejimlər yox olur. Xalqın hakimiyyəti onun yerinə gəlir”-deyə cənab Ərdoğan bildirmişdi. Bugünkü çıxışında Türkiyənin Baş naziri Əsəd tərəfdarı qüvvələr tərəfindən qətlə yetirilən suriyalıları şəhid hesab etdiyini dilə gətirib. Cənab Ərdoğan Suriya administrasiyasının xalqın iradəsi deyil, gücə arxalandığını deyib.
Baş nazir Ərdoğan Suriyada əsl demokratiyanın bərqərar olacağına, Suriya xalqının isə öz hüquqları və azadlıqlarına qovuşacağına inandığını bildirib.