Wn/az/Hindistanda 4000 il yaşı olan araba tapılıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Hindistanda 4000 il yaşı olan araba tapılıb

15 fevral 2019, Cümə

Hindistanda yaşı 4000 və daha çox olan üç cəng arabası tapılıb. Əvvəlcə bəzi elementlər üzə çıxıb. Arxeoloqlar anlayıb ki, tezliklə araba tapmaq ehtimalı böyükdür. Onlar qısa zamanda istəklərinə nail olublar.

İndiyə qədər belə təsəvvür var idi ki, ilk cəng arabaları Mesopotamiyada peyda olub və onları Hindistanda axtarmaq mənasızdır. Amma yeni tapıntı təsəvvürləri dəyişib. Tapıntı Hindistanın bürünc dövrünə aid edilir. Həmin periodda Hind çayının sahilində yüksəliş epoxasını yaşayan dövlətdə metallurgiya inkişaf etməyə başlamışdı.

Mənbə[edit | edit source]