Wn/az/Futbol matçı Səudiyyə Ərəbistanı əleyhinə aksiyaya dönüb: yaralananlar, tutulanlar var

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Futbol matçı Səudiyyə Ərəbistanı əleyhinə aksiyaya dönüb: yaralananlar, tutulanlar var


5 may 2011, Cümə axşamı

Mayın 3-də Tehranın “Azadlıq” stadionunda İranın “Perspolis” və Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol komandalarının oyunu siyasi aksiya ilə müşayiət olunub.

“Media forum” saytının məlumatına görə, 200-ə yaxın qara geyinmiş “Bəsic” könüllüsü əllərində Bəhreyn bayrağı dalğalandıraraq Səudiyyə Ərəbistanı kralına və hökumətinə qarşı kəskin şüarlar səsləndirərək bu ölkənin hərbi qüvvələrinin Bəhreyndən çıxmasını tələb edib. Polis qüvvələri “Amerikaya ölüm”, “İsrailə ölüm”, “Al-Xəlifəyə ölüm”, “Al-Səuda ölüm”, “Al-Səud qatildir”, “Al-Səud xaindir” və “Bəhreyn, Bəhreyn” şüarları səsləndirən aksiyaçıların əllərindəki Bəhreyn bayraqlarını alıb. Aksiyaçılarla hüquq mühafizə qüvvələri arasında qarşıdurmada bir neçə nəfər ağır yaralanıb, onlarla aksiyaçı tutulub.

Fevral ayında Bəhreyn Krallığında hökumətə qarşı aksiyalar keçirilib. Martın 15-də Bəhreyndə üç ay müddətinə fövqəladə vəziyyət elan edilib. Fövqəladə vəziyyət rejimini yerli hüquq mühafizə qüvvələri və martın 14-də Səudiyyə Ərəbistanından, Birləşmiş Ərəb Əmirliklərindən gətirilən hərbçilər və polis əməkdaşları gerçəkləşdirməyə başlayıb. Bundan sonra İran tərəfi Səudiyyə Ərəbistanının Bəhreynə hərbi qüvvə göndərməsini pisləyib. Hazırda bu məsələyə görə ərəb ölkələri ilə İran arasında diplomatik gərginlik hökm sürür, bu ölkələrin rəsmilərinin dilindən qarşılıqlı hədələr eşidilir.

Mənbə[edit | edit source]