Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)

17 mart 2019, Bazar

FİFA keçən əsrin ortalarında futbol üzrə dünya çempionatlarını çətinliklə keçirirdi. İndi isə beynəlxalq futbol təşkilatı mundiallardan böyük qazanc götürür. 2018-ci il Rusiyada keçirilən dünya çempionatı FİFA-ya 5,3 milyard dollar verib. Bununla da mundialların rekordu qeydə alınıb.

Ümumiyyətlə, 2015-2018-ci illərdə FİFA 6,421 milyard qazanıb. Bunun 5,357 milyardı son dünya çempionatının payına düşür. Fevralda FİFA prezidenti Canni İnfantoni Rusiyadakı yarışı tarixin ən gözəl dünya çempionatı adlandırmışdı. Keçən ilin oktyabrında isə federasiya şurası turniri tarixin ən yaxşısı saydığını açıqladı.

Rusiyadakı dünya çempionatının qalibi Fransa milli komandası olmuşdu. Fransızlar finalda xorvatları 4:2 hesabı ilə məğlub etmişdi.

Mənbə[edit | edit source]