Wn/az/Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub


28 sentyabr 2020, Bazar ertəsi

İki məktəblimiz rməni silahlı qüvvələrinin təcavüzü nəticəsində həlak olub. Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində Naftalan şəhərində bütöv bir ailə həlak olub: Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. 2007-ci il təvəllüdlü Şəhriyar Qurbanov və onun əmisi qızı, 2006-cı il təvəllüdlü Fidan Qurbanova Z.Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbinin şagirdləridir. Ermənistan tərəfi Azərbaycanın mülki əhalisini və infrastrukturunu məqsədyönlü şəkildə hədəfə almaqla beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il Cenevrə Konvensiyalarını kobudcasına pozur. [1]

Mənbə[edit | edit source]

  1. https://az.trend.az