Wn/az/Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğradı

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Azərbaycan təyyarəsi Əfqanıstanda qəzaya uğradı


6 iyul 2011, Çərşənbə

Yerli vaxtla 5 iyul 2011-ci il tarixində, saat 21:26-da Bakıdan havaya qalxan və iyulun 6-da saat 00:10-da (Bakı vaxtı ilə saat 02:10) Əfqanıstanın Baqram aeroportu yaxınlığında yerə enməli olan Azərbaycanın "Silk Way" aviaşirkətinin İL-76 4K-AZ 55 yük təyyarəsi ilə əlaqə kəsilib. Eyni zamanda, təyyarənin uçuşunu idarə edən dispetçer Kabil aeroportundan təxminən 25 kilometr məsafədə 4 kilometr yüksəlikdə alov gördüyü barədə məlumat verib. Nəticədə təyyarə radarlardan itib. Bakı-Baqram marşrutu ilə hərəkət edən təyyarənin göyərtəsində Heydər Əliyev adına beynəlxalq hava limanından qəbul etdiyi 18 ton yük olub.

Əlaqə kəsilənədək hava gəmisindən nasazlıq və ya qəza vəziyyəti ilə bağlı hər hansı məlumat daxil olmayıb.

Azərbaycan Mülki Aviasiya Administrasiyasından bildiriblər ki, İL-76 4K-AZ 55 yük təyyarəsinin göyərtəsində 9 nəfər heyət üzvü olub. Təyyarənin kapitanı 1969-cu il təvəllüdlü Kuzmin Sergey Viktoroviç 4576 saat uçuş həyata keçirmiş təcrübəli pilotdur.

Yük tutumu 40 ton olan təyyarə 2005-ci ildə hazırlanıb və 2011-ci ilin fevralında tam texniki baxışdan keçib. 2011-ci ilin iyununda o, növbəti texniki baxışdan keçib.

“Trend” agentliyi "Fars" agentliyinə istinadla yaydığı məlumata görə “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid Əfqanıstan KİV-inə bildirib ki, "Azərbaycan Hava Yolları"nın təyyarəsini “Taliban” vurub.

Mənbə[edit | edit source]