Wn/az/Azərbaycanın voleybol klubu Dünya çempionu oldu
|
Xəbərləri dostlarınla bölüş: |
15 oktyabr 2011, Şənbə
- 22 March 2012: Wn/az/2016-cı ildə 17 yaşadək futbolçuların Avropa çempionatı Azərbaycanda keçiriləcək
- 2 March 2012: Wn/az/Xınalıq dilində Vikipediyanın açılması üçün META-ya müraciət olundu
- 2 March 2012: Wn/az/Qubada üsyan oldu
- 1 March 2012: Wn/az/Amerikada işsizlik təzminatına müraciət edənlərin sayı azalır
- 1 March 2012: Wn/az/Azərbaycan martın 25-də yay vaxtına keçəcək
Dünən Bakının "Rabitə" komandası qadın voleybol klubları arasında keçirilən dünya çempionatının qalibi olub. Onlar Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının finalında "Vakıfbank Günəş TTelekom"a 3:0 hesabı ilə qalib gəlməklə, adlarını Azərbaycanın valeybol tarixinə qızıl hərflərlə yazdırıblar. Bu nəticədən sonra Azərbaycan qadın voleybol klubları arasında dünya çempionatlarında qızıl medal qazanan 4-cü ölkə olmuşdur.
Qeyd edək ki, ilk dəfə bu turnir 1991-ci ildə Braziliyada təşkil olunmuşdur. İndiyə kimi cəmi 5 dəfə keçirilmiş turnirdə cəmi 4 ölkənin təmsilçiləri qalib gəlmişdir. Azərbaycanın qələbəsinə qədər bu uğura 2 dəfə Braziliya, hərəyə 1 dəfə isə İtaliya və Türkiyə təmsilçiləri imza atmışdır.