Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
|
Xəbərləri dostlarınla bölüş: |
22 sentyabr 2011, Cümə axşamı
- 15 October 2011: Wn/az/Traktor klubunun 28 azarkeşi həbs edildi
- 13 October 2011: Wn/az/Siyasi mühacirlər İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini tələb edir
- 22 September 2011: Wn/az/Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib
- 22 September 2011: Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
- 22 September 2011: Wn/az/Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
- 14 October 2011: Wn/az/Avroviziya 2011 müsabiqəsi çərçivəsində Düsseldorfda keçiriləcək tədbirlərə şəhər administrasiyası 7,8 milyon avro vəsait ayırıb
- 4 October 2011: Wn/az/Almaniyanın birləşməsinin 21-ci ildönümü qeyd edilir
- 22 September 2011: Wn/az/Almaniyada yaşıllar hakimiyyəti Urmiyənin xilası üçün İranla əməkdaşlığa çağırıb
- 17 June 2011: Wn/az/E-koli bakteriyası Avropada 2600 adamı zəhərləyib
İranın daxili və xaricindəki mənbələrin bildirdiklərinə görə Urmiyə gölünün qurumasına etiraz olaraq Təbriz və Urmiyə şəhərlərində nümayişlərin qarşısını almaq üçün bu şəhərlərə Tehran və İranın başqa yerlərindən minlərlə rəsmi və mülki paltarda polisin gətirilməsi, çoxsaylı insanın saxlanması, yüzlərlə nümayişçinin təhlükəsizlik qüvvələri tərəfindən döyülməsi, problemə dünyanın diqqət yetirməsinin qarşısını ala bilməyib. Təbriz və Urmiyə şəhərlərində, o cümlədən Şərqi və Qərbi Azərbaycan vilayətlərinin başqa şəhərlərində Urmiyə gölünün xilası məqsədilə təşkil olunan etiraz nümayişləri "ətraf mühiti qoruyaq" devizi altında keçirilir. İran azərbaycanlıları "Duz sunamisi" adlandırdıqları fəlakətin qarşısının alınmamasının milyonlarla insanın ata-baba yurdunu tərk etməsi ilə nəticələnə biləcəyini deyirlər.
Yaşıllar Partiyasının Almaniya parlamentindəki məsul nümayəndəsi, əslən İran Azərbaycanından olan Əli Məhcubi Amerikaın Səsi radiosuna müsahibəsində Yaşıllar Partiyasının Urmiyə gölünün xilası ilə bağlı bəyanatı, Almaniya hökuməti və Avropadakı digər yaşıllar partiyaları ilə apardığı işlər barədə məlumat verib.
Almaniyanın Yaşıllar Partiyası məsələ ilə əlaqədar bəyanatla çıxış edib. Partiya bəyanatla kifayətlənməyərək son günlər Almaniya hökumətini Urmiyə gölünün xilas edilməsi üçün İranla konkret əməkdaşlıq aparmağa çağırıb və Avropadakı başqa yaşıllar partiyalarını da Urmiyə hövzəsinin xilası üçün əməkdaşlığa çağırıb.
[edit] Əlaqəli xəbər
- Təbriz və Urmiyada etiraz aksiyaları keçirilib
- Dünya Azərbaycanlıları Konqresi Urmiyə gölü və İrandakı son durumu müzakirə edib