Wn/az/ABŞ-ın Los-Anceles şəhərinə 57 ildən sonra ilk dəfə qar yağacaq

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > ABŞ-ın Los-Anceles şəhərinə 57 ildən sonra ilk dəfə qar yağacaq

23 fevral 2019, Şənbə

Yaxın günlərdə ABŞ-ın Los-Anceles şəhərində qar yağacaq. Bu elə-belə məsələ deyil. Şəhər 57 ildir qar görmür. ABŞ-ın milli hava xidməti bu barədə məlumat yayıb. Xidmətin əməkdaşı Devid Suit yerli mətbuata açıqlamasında Kanadanın Albert bölgəsindən soyuq hava kütlələrinin gəldiyini bildirib. O, "LA Times" qəzetinə müsahibəsində şəxsən özünün Kaliforniya ştatında heç vaxt belə atmosfer dəyişikliyi görmədiyini söyləyib.

Hava proqnozuna görə, San Qabriel dağlarına 152 mm qalınlığında qar düşəcək. "Oskar" mükafatının bazar gününə təyin olunan təltifetmə mərasiminin keçiriləcəyi Holivud-Hillzdə də qar gözlənilir.

Bu qış Kaliforniyada başqa rekord da qeydə alınmışdı. Bir neçə gün əvvəl temperatur 0,5 dərəcəyə düşmüşdü. Buna qədər son illərin rekordu Santa-Barbarada müşahidə olunmuşdu. 1990-cu ildə 1,1 dərəcə temperatur qeydə almışdılar. 1962-ci ildə isə Los-Ancelesdə heç də soyuq qış görünməmişdi. Onda qar daha çox şəhərin mərkəzinə yağmış, tez də ərimişdi.

Mənbə[edit | edit source]