Wn/az/İranda axundu həbs ediblər
|
Xəbərləri dostlarınla bölüş: |
4 oktyabr 2011, Çərşənbə axşamı
- 1 November 2011: Wn/az/İran ABŞ-dan üzr tələb edir
- 15 October 2011: Wn/az/Traktor klubunun 28 azarkeşi həbs edildi
- 4 October 2011: Wn/az/İranda axundu həbs ediblər
- 30 September 2011: Wn/az/İranda xristian dinini qəbul edən ruhaniyə qarşı ölüm hökmü çıxarıb
- 28 July 2011: Wn/az/Təbrizdə qəbirlərin qiyməti bahalaşıb
randa bloqçu axund Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi 4 il müddətinə həbsə, 50 şallaq zərbəsinə və 800 dollar məbləğində pul cəriməsinə məhkum edilib.
Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayi bir ilə yaxındır həbsdə saxlanır. Qum şəhərində dindən dərs deyir, təkcə müəllim kimi yox, həm də müxalif bloqçu, mərhum müxalif ayətullah Hüseynəli Müntəzirinin yaxın adamlarından biri kimi tanınır.
ETTELAAT-ın Qum şöbəsi Arəş Hünərvər Şücayini 2010-cu ilin noyabrında Qum dini dairəsindəki iş yerində həbs edib. O, hazırda Tehranın Evin zindanının 350-ci korpusunda saxlanır.
“Media forum” saytının məlumatına görə, Tehranın ruhanilərlə bağlı işlərə baxan məhkəməsi Arəş (Məhəmməd Sadıq) Hünərvər Şücayini ölkənin milli təhlükəsizliyinə, dövlət quruluşuna qarşı çıxmaqda, Avropa ölkələrinin Tehrandakı səfirliklərinə casusluq etməkdə, eləcə də öz bloqunda şəri fitvalar verməkdə təqsirli bilib.
Bloqçu axundun həbsdə saxlandığı müddətdə fiziki işgəncələrə məruz qaldığı, müalicəsi çətin olan müxtəlif xəstəliklərə tutulduğu, səhhətində ciddi problemlər yarandığı bildirilir.