Jump to content

Wy/az/Reykyavik

From Wikimedia Incubator
< Wy | az
Wy > az > Reykyavik
Wy/az/Reykyavik

Reykyavik - İslandiyanın paytaxtı və ən böyük şəhəridir. 2019-cu ilin məlumatına əsasən şəhərdə 233 mindən çox əhali yaşayır ki, bu da şəhəri ölkənin ən böyük yaşayış məntəqəsinə çevirmişdir. Ölkə əhalisinin üçdə ikisi sözügedən şəhərdə yaşamaqdadır. Reykyavik island xalqının mədəniyyət, tarix və siyasi mərkəzi hesab olunur. Şəhər min ilə yaxındır ki, yerli islandların siyasi və iqtisadi paytaxtı kimi çıxış etməkdədir. Şəhər mərkəzi inzibati baxımından kiçikdir. Burada rəngarəng evlərin fonunda müxtəlif restoranlar, muzeylər və digər növ əyləncə mərkəzləri fəaliyyət göstərir. Reykyavik Birləşmiş Millətlər Təşkilatına üzv olan dövlətlər arasında paytaxtı ən şimalda olan şəhər kimi unikal bir xüsusiyyətə malikdir.

Tarixi

[edit | edit source]
Şəhərin mərkəzi hissəsində yerləşən Tjörnin gölü. Arxa fonda bələdiyyə binası görünür və bura şəhərin əsas mərkəzi hissələrindən biri hesab olunur.

Reykyavikin əsası 874-cü ildə qoyulub. Şəhər, Norveçdən gəlmiş viking İngolfur Arnarson tərəfindən salınmışdır. İnqolfur və onunla birlikdə gəlmiş şəxslərin şəhərin ilk daimi sakinləri olaraq qəbul edilmişdir. Reykyavik sözünün mənası island dilindən tərcümədə dumanlı körfəz deməkdir. Bu ad bölgədəki isti su mənbələrindən çıxan buxara görə verilib. Şəhər uzun müddət kiçik balıqçı kəndi kimi qalıb. XVIII və XIX əsrlərdə Reykyavikdə ticarətin və sənətkarlığın inkişaf etməsi nəticəsində şəhər əhalisində artım başlayıb və XIX əsrin sonlarına yaxın Danimarkanın ərazini ələ keçirməsindən sonra şəhərdə yerli idarəçilik mərkəzləri yaradılıb və beləlikə inkişafı daha da sürətlənib.

1752-ci ildə Danimarka kralı burada sənaye müəssisələrinin (yun emalı zavodu və s.) qurulmasına sərmaye qoymuşdur. 1786-cı ildə Reykyavikə şəhər statusu verildi. 1944-cü ildə Danimkarkadan tam müstəqillik əldə edən İslandiyada aparılan müzakirələrdən sonra paytaxt kimi Reykyavik şəhəri seçilib. Bu gün Reykyavik həm Skandinaviya bölgəsinin ən şimalda yerləşən paytaxtı, həm də ekoloji və texnoloji cəhətdən qabaqcıl şəhərlərdən biridir.

Necə getməli

[edit | edit source]

İslandiyanın özü bir ada olduğundan ölkə paytaxtına hər hansısa bir şəhərdən quru yolu üzərindən getmək mümkün deyil. Əsas nəqliyyat vasitəsi kimi təyyarədən istifadə olunmaqdadır. Yay aylarında bəzi turistik kruiz gəmiləri Reykyavik limanına daxil olur. Danimarkadan və ya Norveçdən bəzən feribot turları təşkil edilir, lakin bu yol daha uzun və bahalıdır.

Təyyarə ilə

[edit | edit source]

Reykyavikin əsas beynəlxalq qapısı Keflavik Beynəlxalq Hava Limanı (KEF)-dır. Reykyavik şəhərindən təxminən 50 km məsafədə yerləşir. Buradan şəhər mərkəzinə Flybus, taksi və ya kirayə maşınla getmək mümkündür. Avropanın London, Kopenhagen, Frankfurt, Oslo, Stokholm, Amsterdam kimi şəhərlərindən bura bir başa uçuşlar həyata keçirilir. Şimali Amerikadan isə New York, Toronto, Boston üzərindən buraya gəlmək mümkündür. Ölkənin əsas hava yolu şirkəti olan Icelandair 2022-ci ildən etibarən Kanadanın Toronto və Kalqari şəhərlərindən də müntəzəm uçuşlar icra etməyə başlayıb. Yuxarıda qeyd edildiyi kimi hava limanı şəhərdən 50 km məsafədə yerləşir.

Hava limanından şəhər mərkəzinə taksi ilə getmək üçün 100 ABŞ dolları, avtobuslarla getmək üçün isə 30 ABŞ dolları ödəniş haqqı ödəmək tələb olunur. Bir digər variant isə müxtəlif icarə avtomobillər təklif edən şirkətlərin xidmətlərindən istifadə etməkdir. Həmin şirkətlərin ofisləri Keflavik Beynəlxalq Hava Limanının əsas çıxış zalında yerləşirlər.

Şəhər daxili hərəkət

[edit | edit source]

Reykyavikdə şəhərdaxili hərəkət nisbətən rahat və yaxşı təşkil olunub, çünki şəhər həm ərazi baxımından böyük deyil, həm də nəqliyyat infrastrukturu müasir və istifadəyə uyğundur.

🚍 1. Avtobus - Strætó Reykyavikin əsas ictimai nəqliyyat sistemidir. Şəhərin demək olar ki, bütün bölgələrini və ətraf şəhərləri birləşdirir. Avtobuslar sarı rəngdədir və çox dəqiq işləyirlər. Gediş haqqı təxminən 570 island kronu (təxminən 4$) təşkil edir və bir gediş üçün nəzərdə tutulub. Avtobus üçün biletləri Strætó tətbiqi üzərindən və ya dayanacaqlarda quraşdırılmış kiosk və terminal avtomatlarından almaq mümkündür. Avtobusların iş saatı adətən səhər 6:30-dan axşam 11:30-a qədər nəzərdə tutulub. Bazar günləri və xüsusi günlərdə daha işlədikləri unutmamaq lazımdır.

🚕 2. Taksi - Reykyavikdə taksi xidməti mövcuddur, lakin digər Avropa şəhərlərinə nisbətən bahadır. Taksi xidmətindən istifadə edərkən Hreyfill və BSR adlı iki şirkətdən birinin xidmətindən istifadə etmək lazım gəlir. Tutaq ki, siz qaldığınız otelin qarşısından taksi sifariş etmisiniz və bu zaman sayğac başlanğıc gediş haqqı olaraq 790 kron (təxminən 5,70 ABŞ dolları) ödəniş yazır. Hər bir kolometrə görə təxminən 324 kron (təxminən 2.34 ABŞ dolları) ödəniş yazılır. Şəhər daxili 4-5 kilometrlik bir səfər müştəriyə 4.000-7.000 island kornuna (30-50 ABŞ dolları) arasında başa gələ bilər. Reykyavik şəhər mərkəzindən Keflavik hava limanına taksi ilə getmək üçün adətən 16.000-20.000 island kronu (təxminən 115-144 ABŞ dolları) ödəmək lazım gəlir.

🚲 3. Velosiped və piyada hərəkət - Reykyavik velosiped yolları ilə zəngindir və şəhərin mərkəzində velosiped sürmək çox rahatdır. Piyada yolları geniş və təhlükəsizdir. Mərkəzi hissədə demək olar ki, hər yerə ayaqla getmək olur. Yayda velosiped kirayəsi xidmətləri mövcuddur. Hopp şirkətinin şəhərin müxtəlif yerlərində nisbətən münasib qiymətə velosiped kirayələmək üçün kioskları fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün Hoppun mobil tətbiqini yükləmək və oradan qeydiyyatdan keçmək tələb olunur.

Görməli yerləri

[edit | edit source]
1945-ci ildə əsası qoyulmuş Hallgrímskirkja (Hallqrimskirkya kilsəsi) şəhərin əsas simvollarından biri hesab olunur. 74 metr hündürlüyündəki bina şəhərin eyni zamanda ən hündür tikilisi olaraq qəbul edilmişdir. Kilsə daxilində özəl tədbirlər keçirilmədiyi müddətcə kilsənin yuxarı hissəsinə qalxıb, şəhər mənzərəsini izləmək mümkündür. Kilsənin yuxarı hissəsinə çıxmaqdan ötrü 1.000 kron, təxminən 8 ABŞ dolları qiyməti olan bileti almaq lazımdır.

Memarlıq abidələri və muzeylər

[edit | edit source]

🏰 1. Hallgrímskirkja (Hallqrimskirkya kilsəsi) - Reykyavikin ən hündür və simvolik binasıdır. 74 metr hündürlüyündə olan bu lüteran kilsəsinin fasadı İslandiyanın lavadan formalaşmış bazalt sütunlarına bənzədilib. Zirvəsindəki baxış meydançasından şəhərin və ətraf dağların panoramik mənzərəsini izləmək mümkündür.

🎭 2. Harpa Konsert Zalı və Konfrans Mərkəzi - Müasir memarlığın şah əsərlərindən biridir. Şüşədən ibarət mozaika kimi parlayan fasadı gecə işıqlandırması ilə çox möhtəşəm görünür. Burada musiqi konsertləri, teatrlar və digər tədbirlər keçirilir.

🌋 3. Perlan - Keçmiş su çənləri üzərində inşa olunmuş müasir muzey və müşahidə məntəqəsidir. Burada Wonders of Iceland adlı sərgi, buz mağarası simulyasiyası və şüşə günbəzli restoran yerləşir. 360 dərəcəlik görünüşlü müşahidə terrasından şəhərə və dağlara baxmaq mümkündür.

🛍️ 4. Laugavegur küçəsi - Şəhərin əsas ticarət və gəzinti küçəsidir. Butik mağazalar, kafelər, restoranlar və suvenir dükanları ilə doludur. Gecələr canlı musiqili barlar və pub-larla daha da canlanır.

🐟 5. Whales of Iceland Muzeyi - Dünyadakı ən böyük balina modellərinin sərgiləndiyi yer. Okean həyatına marağı olanlar üçün əla təcrübədir.

🏞️ 6. Tjörnin gölü - Şəhər mərkəzində yerləşən kiçik göldür. Quşlarə izləmək və sakit yürüşlər üçün ideal məkandır. Ətrafında bələdiyyə binası, muzeylər və kafelər var.

🖼️ 7. Árbær Açıq Hava Muzeyi - İslandiya kənd həyatını əks etdirən açıq hava muzeyidir. Köhnə kənd evləri, at arabaları, dəyirmanlar və xalq geyimləri ilə zəngin bir muzeydir. Ailəvi və tədris məqsədli səfərlər üçün çox əlverişlidir.

🌊 8. Grótta mayakı və təbiət qoruğu - Şəhərin kənarında yerləşən sakit və romantik yer. Axşam saatlarında şimal işıqları (aurora borealis) görmək üçün ideal nöqtədir.

Harada qalmalı

[edit | edit source]

Viza tələbi

[edit | edit source]

İsandiya 2001-ci ilin 25 mart tarixindən etibarən Şengen zonasına qoşulub və bu səbəbdən ölkəyə səfər etməkdən ötrü Şengen vizası tələb olunur. Dünyanın 129 ölkəsinin vətəndaşları qalma müddəti 90 gündən çox olmamaq şərti ilə İslandiyaya vizasız səyahət edə bilərlər. Viza müraciətlərini ölkə ilə tarixi və mədəni bağlarının güclü olduğu Danimarka və Norveç səfirlikləri üzərindən icra etmək mümkündür. Müraciət zamanı ölkədə qalacağınız müddəti göstərməyiniz və səfər məqsədini izahedən ətraflı bir məktub yazmağınız viza almaq ehtimalınızı gücləndirəcəkdir. Əgər Norveç və ya digər ölkənin vizası ilə getsəniz, əvvəlcə o ölkəyə daxil olmağınız tövsiyə olunur.

Qidalanma

[edit | edit source]

Təhlükəsizlik

[edit | edit source]

Reykjavik günün istənilən saatında gəzmək üçün əla seçimdir, həm gündüz, həm də gecə. Şəhər Avropa ölkələrinin paytaxtları arasında ən aşağı cinayətkarlıq indeksinə sahibdir və şəhərdə fəaliyyət göstərən polislər odlu silah daşımırlar. 2022-ci ildə Berkshire Hathaway Travel Protection şirkəti şəhəri turistlər üçün ən təhlükəsiz şəhər seçmişdir. Cinayət halları o cümlədən cibgirlik çox nadir hallarda baş verir. Hər hansı fövqəladə vəziyyətdə polis və təcili yardım xidmətləri çox tez reaksiya verir. Şəhərdəki təhlükəsizlik kameraları və nəzarət sistemləri müasir texnologiya ilə təchiz olunub. Reykjavíkin mərkəzi küçələri (məsələn, Laugavegur) gecələr canlı olsa da, təhlükəli deyil. Ən pis halda, bəzən sərxoş insanlar sizi narahat edə bilər, lakin fiziki təhlükə riski yoxdur.

Reykjavík LGBT+ icmasına, fərqli millətlərə, qadınlara və digər azlıqlara qarşı çox dözümlü və açıq bir şəhərdir. Yerli əhali çox dostcanlı və yardımsevərdir – küçədə istiqamət soruşsanız, sizə həvəslə kömək edəcəklər. Təhlükənin əsas mənbəyi kriminal deyil, təbiət hadisələri ola bilər: Zəlzələ və vulkan aktivliyi nadir hallarda olsa baş verir və bu zaman telefonlara müvafiq xəbərdarlıq mesajı göndərilir və insanlara addım-addım hansı hərəkətləri etməli olduqları ilə bağlı təlimat verilir. Dağlıq və kənar ərazilərdə hava qəfil dəyişə bilər, buna görə şəhər xaricindəki ekskursiyalarda diqqətli olmaq lazımdır.

🚨 Diqqətli olmalı olduğunuz məqamlar:

Təhlükə növüRisk səviyyəsiTövsiyyə
Sərxoş şəxslərOrta (gecə vaxtı)Yaxınlaşmayın, qarşılıqlı danışığa girməyin
CibgirlikAşağıTelefon və pulunuzu nəzarətdə saxlayın
Taksi fırıldaqlarıYüksəkYalnız rəsmi taksilərdən istifadə edin. Şəhərdə Hreyfill və BSR adlı iki rəsmi taksi şirkəti fəaliyyət göstərir.

Qalereya

[edit | edit source]