Wq/tly/Azərboyconi yolon votə

From Wikimedia Incubator
< Wq‎ | tly
(Redirected from Wq/tly/Azərbaycani yolon votə)
Wq > tly > Azərboyconi yolon votə

Template:Wq/tly/Əlifbo Template:Wp/tly/Ko dəvom kardedə

  • Abad kənd tüstüsündən bilinər.
  • Abdalın qarnı doyunca, gözü qapıda qalar.
  • Abır istəsən çox demə, Sağlıq istəsən çox yemə.
  • Abırlı abrından çəkinər, abırsız nədən çəkinər.
  • Avara qonaq ev yiyəsini də avara qoyar.
  • Ağa gətirər navala, xanım tökər çuvala.
  • Ağa Nəzərəm, belə gəzərəm, bir vuranda qırxın əzərəm..
  • Ağac bar verəndə başın aşağı dikər.
  • Ağac dibindən su içər.
  • Ağac meyvəni dəyənə qədər böyüdər.
  • Ağac olan yerdə budaq sınar.
  • Ağac səmtinə yıxılar.
  • Ağac sınanda budaq nəyə gərəkdir?!
  • Ağac əyildi, sındı, igid əyildi, öldü.
  • Ağacı qurd içindən yeyər.
  • Ağalıq verimlədir, igidlik vurumla.
  • Ağzı əyrini boynunun ardından tanımaq olar.
  • Ağzına bax, tikə kəs.
  • Ağzına çullu dovşan sığışmır.
  • Ağzının qaytanı yoxdur.
  • Ağlı olan məscidə getməz.
  • Ağlı olan qışın qeydinə yayda qalar.
  • Ağıl ağıldan üstün olar.
  • Ağıl başda olar, yaşda olmaz.
  • Ağıl çox-pul yox, ağıl yox- pul çox.
  • Ağıllı baş hər şeydən mənfəət götürər.
  • Ağıllı qəm yeyər, ağılsız qamçı.
  • Ağıllı düşmən nadan dostdan yaxşıdır.
  • Ağıllı olan bir dəfə aldanar.
  • Ağır otur, batman gəl.
  • Adam adam sayəsində adam olar.
  • Adam aşını-işini bilməlidir.
  • Adam var ki, adamların naxşıdır, Adam var ki, heyvan ondan yaxşıdır, Adam var ki, dindirərsən can deyər, Adam var ki, dindirməsən yaxşıdır.
  • Adam var gözdən qızar, Adam var sözdən qızar.
  • Bir napakdan qorun, bir də köpəkdən.
  • Bir tikəni bilməyən, min tikəni də bilməz.
  • Bitmiş işdən gül iyi gələr.
  • Bığdan götürüb, saqqala qoyur.
  • Boyunduruq bilir, öküz nə çəkir.
  • Bol çörəyin yoxdur, şirin dilin olsun barı.
  • Boşdan bir çıxar, bərkdən iki.
  • Boş çanağı vurur dolu çanağa.
  • Böyük danışanda kiçik danışmaz.
  • Böyük danışanı kiçik götürər.
  • Böyüyə hörmət vacibdir.
  • Böyüyün sözündən çıxmazlar.
  • Böyük sözünə baxmayan baxımsız qalar.
  • Böyük tökəni kiçik yığar.
  • Bu arxa bir su gəlib, ümid var bir də gələ.
  • Buğdadan, arpadan əlim üzüldü, ümidim sənə qaldı, ay darı xırmanı!
  • Buğda göstərir, arpa satır.
  • Buğda çörəyin yoxdursa, buğda dilinə nə gəlib...
  • Bu dünyada şirin şey bir anadır, bir vətən.
  • Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmaz.
  • Bu günün işini sabaha qoymazlar.
  • Burda mənəm, Bağdadda kor xəlifə.
  • Bu uşaqlıq deyil, şıltaqlıqdır.
  • Bülbülü saldılar qəfəsə dedi: "Ay vətən, ay vətən", buraxdılar, qondu tikan koluna, dedi: "Can vətən, can vətən"
  • Camal gedər, Kamal gələr.
  • Cavan baş bir çanax qandır.
  • Cavan işlər, qoca dişlər.
  • Cavanlıq bir dəfə olar, qocalıq da bir dəfə.
  • Cavanlıq gözəllikdir, onu boyamaq artıqdır.
  • Cavanlıq soltanlıqdır, bacarsan saxla.
  • Cavanlıqda qocalığa güc saxla, pullu gündə pulsuz günə pul saxla, savaşanda barışmağa üz saxla.
  • Cavanlıqda zəhmət çəkən, qocaldıqda möhnət çəkməz.
  • Cəfa çəkməyən səfa görməz.
  • Cəhrə əyirsən don yiyəsi olarsan.
  • Cücəni payızda sayarlar.
  • Dalaşanda barışmağa üz saxla.
  • Dəvə yaxını otlar, uzağı gözlər.
  • Dəmir sürtüldükcə parıldar.
  • Dözən döş yeyər.
  • Dost dosta tən gərək-tən olmasa gen gərək.
  • Dost dostu dar gündə sınayar.
  • Dostsuz insan qanadsız quş kimidir.
  • Elm ağılın çırağıdır.
  • Elmin gücü, yıxar bürcü.
  • Ev alma, qonşu al.
  • Ey öz-özünü bəyənən, qoy səni el bəyənsin.
  • El ağzını bağlamaq olmaz.
  • El ağzı faldır.
  • El arxası çəmən olar.
  • El atan daş dağdan aşar.
  • El atan daşa güc düşməz.
  • El tutanı ər tutar, Ər atanı el atar.
  • El qapısı həm gec, həm güc açılar.
  • El bir olsa zərbi kərən sındırar.
  • El dəlisini çölə atmaz.
  • El elə sığışar, ev evə sığışmaz.
  • El elin aynasıdır.
  • Elə arxalanan igidin, arxası yerə dəyməz.
  • Eli dağlamaq olmaz, Ağzın bağlamaq olmaz.
  • Elimə qalsın, günümə qalmasın.
  • Elin eybini saxlamayan, sənin də eybini saxlamaz.
  • Elin gözü sərraf olar.
  • Elin gücü bir olsa, düşməni dara çəkər.
  • Elin oğlu yumurtaya qulp taxar.
  • El keçən körpüdən qorxma, sən də keç.
  • El köçdü, oba qaldı.
  • El gözündən düşən boy atmaz.
  • El gözündən düşən gözsüz qalar.
  • El gücü, sel gücü.
  • El gücü, yel gücü, sel gücü.
  • Ellərə gülən canım - indi olub el gülüncü.
  • El oğrusuz, çöl qurdsuz olmaz.
  • El öz dəlisini tanıyar.
  • El sevəni aləm sevər.
  • Elsiz dağ viranədir.
  • El tikəni yel yıxa bilməz.
  • El harda, sən də orda.
  • El çalan zurnanın səsi uzağa gedər.
  • Əvvəl zəhmət çəkən sonra rahat olar.
  • Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş.
  • Əkiblər yemişik, əkərik yeyərlər.
  • Əldən qalan əlli il qalar.
  • Əməksiz yemək olmaz.
  • Ətə pul verməz, küftənin böyüyündən yapışar.
  • Əmək qızıl bilərzikdir.
  • Haca gedən gəldi, saca gedən gəlmədi.
  • Həcdən gələn mən, Məkkədən xəbər verən sən?
  • Halva-halva deməklə ağız şirin olmaz.
  • Hirsli başda ağıl olmaz.
  • Hamıya it hürər, mənə də çaqqal.
  • Şabalıtdan yağ çıxmaz.
  • Şabaşını vermişik.
  • Şadlığına şitlik eləyir.
  • Şair gördüyünü yazar.
  • Şair sözsüz olmaz.
  • Şayiə hər yanı gəzər.
  • Şalbanın bir ucu sənin çiynindədir.
  • Şam başından yanar.
  • Şam dibinə işıq salmaz.
  • Şam yanar, şölə çəkər...
  • Şam yanmasa, başına pərvanə dolanmaz.
  • Şam kimi əriyib.
  • Şamdan soruşdular: -İplik yanır, sən niyə əriyirsən?
Şam dedi: - Dad rəfiq əlindən! Rəfiqim yanır, mən də əriyirəm!
  • Şamaxıda danışır, Bakıda eşidilir.
  • Şahla plov yemirəm ki, bığım yağa batar.
  • Şahsənəm oğlan doğub!
  • Şahin ilə dəvə ovlamazlar.
  • Şeytana papış tikir, başına da deşik qoyur.
  • Tənbəl deyər: ver yeyim, ört yatım, gözlə canım çıxmasın.
  • Tənbələ iş buyur, o sənə nağıl danışsın.
  • Tənbəllik azar artırar, işləmək canı saf eylər.
  • Torpaq deyər: "Öldür məni, dirildim səni!"
  • Taylı tayın tapmasa günü ah-vayla keçər.
  • Tək əldən səs çıxmaz.
  • Uzaqdan baxana döyüş asan gələr.
  • Uzaqdan zurna səsi xoş gələr.
  • Ustadına gəc baxanın gözlərinə qan damar.
  • Usta görməyən şagirdin gözü əllərdə qalar.
  • Uşağa iş buyur, ardınca yuyur.
  • Vəl gərək gözəl döyə, gözəldən buğda çıxa.
  • Vətən viranə də olsa, məsəldir, məhz cənnətdir.
  • Vətəndən ayrı ayrı düşsəm, viran ollam, talannam.
  • Vətən həsrəti çəkdim, gözlərimə qan gəldi.
  • Yalançının evi yandı, heç kəs ona inanmadı.
  • Yanan yerdən tüstü çıxar.
  • Yazda çalan qışda oynar.
  • Yeddi ayda bir qarış, bir ayda yeddi qarış.
  • Yeməyə kömək, işləməyə də kömək.
  • Yeməyin qulu, işləməyin xəstəsi.
  • Yüyürək at özünə qamçı vurdurmaz.
  • Yüz sənəti pis bilməkdənsə, bir sənəti yaxşı bilmək yaxşıdır.
  • Yorğanına bax, ayağını uzat.
  • Yeməyini yalqız yeyən yükü özü qaldırar.
  • Yetim əlində qoğal əcaib.
  • Zəhmət batmaz.
  • Zəhməti bülbül çəkər, gülü qucar xar.
  • Zəhməti meşşatə çəkər, ləzzəti damad aparar.
  • Zəhməti sevən işdən doymaz.
  • Zəhmət çəkməyən bal yeməz.
  • Zəhmət çəkməyən rahatlığın qədrini bilməz.