Wn/az/ Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Aleksandr Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı
Jump to navigation Jump to search

Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə MDB Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak edən nümayəndə heyətinin rəhbərləri ilə görüşdə MDB ölkələrində, o cümlədən Azərbaycanda keçirilən seçki kampaniyaları mövzusuna toxunub. Bu barədə Belarus KİV-ə istinadən xəbər verir. “Əminəm ki, Azərbaycan xalqı rus xalqı kimi öz dövlətinin möhkəmlənməsi və rifahı üçün düzgün seçim edəcək. Biz bu ölkə ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin bundan sonraki inkişafına inanırıq”, -Lukaşenko bildirib. MDB nəzarətçisi missiyasının rolundan danışarkən, prezident qeyd edib ki, Belarus həmişə seçki prosesinin qiymətlənləndirilməsində obyektivliyin tərəfdarı kimi çıxış edib və avropalı həmkarlarının işlərinin yüksək politizasiyasını göstərib. “Seçkilərə həmrəylik xətti ilə müşahidəçilik, tez-tez seçkiqabağı öz mühakimələrini irəli sürən qərb ekspertlərinin inhisarı ilə mübarizə alternativ fikir formalaşdırmağa imkan verir. Buna görə də biz MDB-dən olan nəzarətçilərin missiyasının müsbət rolunu görürük. Bu da MDB-nin hamı üçün faydalı olan ən mühüm və danılmaz istiqamətlərindən biridir”, - o vurğulayıb. Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.

Mənbə[edit]

Lukaşenko Azərbaycandakı prezident seçkilərindən danışdı