Wn/az/ AFFA "Qəbələ" futbol klubunun baş məşqçisi Zaur Haşımovu cəzalandırıb

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > AFFA "Qəbələ" futbol klubunun baş məşqçisi Zaur Haşımovu cəzalandırıb
Jump to navigation Jump to search

12 fevral 2019, Çərşənbə axşamı

Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. "Qafqazinfo" saytı xəbər verir ki, yığıncaqda aşağıdakı qərarlar qəbul olunub:

Azərbaycan Premyer Liqasının XVI turunun "Sabah" futbol klubu ilə "Qəbələ" futbol klubu arasında keçirilən matçın 45+1-ci dəqiqəsində "Sabah" futbol klubunun 9 nömrəli futbolçusu Marko Deviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu səbəbdən futbolçu 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyunun 90+5-ci dəqiqəsində "Qəbələ" klubunun baş məşqçisi Zaur Haşımov texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat сərimə olunur.

Mənbə[edit]


Bookmark-new.svg