Wn/az/Yeni insan növünün qalıqları aşkarlandı

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Yeni insan növünün qalıqları aşkarlandı

11 aprel 2019, Cümə axşamı

Filippinin Luson adasında arxeoloqlar çox vacib tarixi qalıq aşkar ediblər. Qədim insanın yeni növünü tapıblar. Bu növün tapılan qalığın həm “Homo”nun həm əvvəlki, həm də sonrakı nəsillərinin cizgiləri görünür. “Homo luzonensis” adlanan növün nümayəndələri təxminən 50-67 min il əvvəl yaşayıblar. “National Geographic”in məlumatına görə, genlərin müəyyənləşdirilməsinə 7 diş və başqa 6 kiçik fraqment – daşlaşmış əl, ayaq barmaqları, omba sümükləri kömək edib.

Araşdırmanın həmmüəlliflərindən olan Armand Mixares hələ 2003-cü ildə Kalyaoda mağara tapmışdı. Orada 25 min il əvvələ təsadüf edən yaşayış izləri aşkar edilmişdi. Mixaresin dediyinə görə, adətən, mağaralarda qazıntıların dərinliyi 2 metri keçmir. Ondan sonra arxeoloqlar 2007-ci ildə Kalyaoya bir daha baş çəkmək qərarına gəliblər. Daha 1,5 metr qazmaq yeni tapıntılar üzə çıxarıb. Hələ onda arxeoloqlar qədim insanın yeni növünü tapdıqlarını tam müəyyənləşdirə bilməmişdilər. Luson adasındakı qalıqlar qəti fikir formalaşmasına kömək edib.

Bu növün qalıqlarında dişlər daha müasir insan izlərini özündə əks etdirib. Belə dişlərə indiki insanların 3 faizində rast gəlmək mümkündür. Amma ayaq sümükləri avstralopitekləri xatırladır. Onlar təxminən 3 milyon il əvvəl Afrikada yaşayıblar.

Mənbə[edit | edit source]