Wn/az/Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ölkənin şimal və mərkəzi əyalətlərində güclü yağıntı sürüşmələrə səbəb olub.

Təbii fəlakət nəticəsində daha 5 nəfər itkin düşmüş hesab edilir.

Bundan başqa, 382 tikili tamamilə dağılıb, beş min hektardan çox əkin sahəsi və çoxlu ev heyvanı məhv olub.

Qeyd edək ki, Vyetnamda bu ilin əvvəlindən təbii fəlakətlər nəticəsində 153 nəfər həlak olub.

Mənbə[edit | edit source]

Vyetnamda daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 15 nəfər həlak olub.