Wn/az/Vladimir Putin 4-cü dəfə Rusiyanın prezidenti oldu

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Vladimir Putin 4-cü dəfə Rusiyanın prezidenti oldu
Jump to: navigation, search


Bookmark-new.svg

23 mart 2018, Cümə

Vladimir Putin voted in the presidential election in Russia in 2018 08.jpg

Seçkidən qalibiyyətlə çıxan, 18 ildir hakimiyyətdə olan 65 yaşlı Vladimir Putin dördüncü dövrünü 2024-cü ilə qədər davam etdirəcək.Martın 18-də Rusiyada milyonlarla vətəndaş prezident seçkilərində səs verdi. Rusiya prezidenti Vladimir Putin 75,9 faiz səs nisbətilə birinci oldu və qazandı. Beləliklə, seçkidən qalibiyyətlə çıxan, 18 ildir hakimiyyətdə olan 65 yaşlı Vladimir Putin dördüncü dövrünü 2024-cü ilə qədər davam etdirəcək. Rusiya Mərkəzi Seçki Komissiyası 111 milyon qeydiyyatlı seçicinin iştirakının 60 faiz olduğunu bildirib. Putinin ən əsas rəqiblərindən biri olan Rusiya müxalifət fəalı və "Korrupsiyaya qarşı mübarizə fondu"nun qurucusu Aleksey Navalnı isə korrupsiya ittihamları və 2014-cü ildə məhkum olunduğu üçün seçkilərdə prezidentliyə namizəd ola bilməyib.

Rusiya Mərkəzi Seçki Komissiyasının elanından sonra Vladimir Putin paytaxt Moskvada Krımın ilhaqının ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib. Qızıl Meydanda toplaşan minlərlə insana verdikləri dəstəyə görə təşəkkür edən Putin deyib: "Biz böyük bir komandayıq və mən də bu komandanın iştirakçısıyam. Ölkəmizi yeni uğurlar gözləyir. Rusiya üçün mühüm işlər görəcəyik". Rusiya liderinin çıxışından sonra konsert verilib. Qeyd edək ki, səkkiz namizədin iştirak etdiyi seçkidə

  • Kommunist Partiyası namizədi Pavel Qrudin 13,3,
  • Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski 6,33,
  • Yabloko Partiyasının lideri Qriqori Yavlinski 0,8,
  • İnkişaf Partiyasının lideri Boris Titov 0,6,
  • Rusiya Xalq Şurası Partiyası lideri Sergey Baburin 0,6,
  • Rusiya Kommunistləri Partiyası lideri Maksim Suraikin 0,6 və
  • Vətəndaş Təşəbbüs Partiyasının namizədi Kseniya Sobçak 1,4 faiz səs toplaya bilib.

Mənbə[edit]

trt.net.tr