Wn/az/Vikixəbər:Vikixəbəri İnkubatordan azad et

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Vikixəbər:Vikixəbəri İnkubatordan azad et
Vikixəbəri İnkubatordan azad et

Vikixəbəri İnkubatordan azad et — bu layihə bir müsabiqədir. Bu müsabiqənin məqsədi Vikimedia Fondunun Azərbaycan dilindəki layihələrindən biri olan Vikixəbəri daha da zənginləşdirmək, təkmilləşdirmək, buradakı aktivliyi artırmaq və nəhayət Vikixəbərin İnkubatordan çıxarılmasına nail olaraq, azad sayt kimi fəaliyyət göstərməsinə təmin etməkdir.

Qaydalar[edit | edit source]

Diqqət! Əgər aşağıdakı qaydaları ödəməsə yaratdığınız səhifə silinəcək:

  • Elmi jurnalistika, siyasi xəbərlər, idman xəbərləri və qlobal məsələlərə aid xəbərlər yerləşdirilsə daha yaxşı olar.
  • Xəbərlər hansısa şəxsin həyatında özəl zəmində baş vermiş hadisəylə bağlı olmamalıdır (məsələn, şəxsin ad günü, evlənməsi, yaxud boşanması və s.).
  • Müəyyən bir şəxsin, dövlət xadiminin çıxışı və yaxud hansısa dövlətin siyasəti təhlil edilə, ona cavab xarakterli xəbərlər yazıla bilməz.
  • Xəbərlər konkret məzmun daşımalıdır və məlumat vermək məqsədli olmalıdır.
  • Hansısa şəxsin həyat və yaradıcılığı barədə xəbər yazıla bilməz. Bu barədə Vikipediyada yazılmalıdır.
  • Xəbərlər kimisə tərifləmək yaxud alçaltmaq məqsədi daşımamalıdır.
  • Xəbər yazarkən bu stil kitabçasından istifadə edə bilərsiz.
  • "Copy-paste" olmamalıdır.
  • Mütləq istinadlar olmalıdır.

Qiymətləndirmə[edit | edit source]

  1. Hər adi xəbər 1 xalla qiymətləndirilir.
  2. Elmi jurnalistika və idman sahəsindəki xəbərlər 2 xalla qiymətləndirilir. Çünki bu haqda xəbərlər azlıq təşkil edir.
  3. Digər dillərdən tərcümə edilmiş xəbərlər 2 xalla qiymətləndirilir
  4. 4000 baytdan yuxarı xəbərlər 3 xalla qiymətləndirilir.
  5. 2-4-cü şərtləri ödəyən xəbərlər 5 xalla qiymətləndirilir.
  6. Ən son xəbərlər, yəni Ana səhifəni təmin etmək mənasında önəmli sayılan xəbərlər 2 xalla qiymətləndiriləcək.

Xəbər yarat[edit | edit source]

Zəhmət olmasa xəbər yaradarkən Wn/az/ sözünü silməyin. Xəbər başlığını Wn/az/ sözünün arxasına əlavə edin.

  • Məsələn: Wn/az/Xəbərin adı

Xəbər yazın!

Vikixəbərin sizə ehtiyacı var! Biz müxtəlif xəbərləri/hadisələri birlikdə hazırlayan bir vikicəmiyyət formalaşdırmaq istəyirik. Başlamazdan qabaq xəbər yazmaq səhifəsini oxuyun. Yazacağınız xəbərin yeni yazılan xəbərlər içərisində olmadığından əmin olun.


İştirakçılar[edit | edit source]

Arxiv

Mükafatlar[edit | edit source]

  • 1-ci yeri tutan istifadəçiyə "Qızıl medal" mükafatı veriləcək.
  • 2-ci yeri tutan istifadəçiyə "Gümüş medal" mükafatı veriləcək.
  • 3-cü yeri tutan istifadəçiyə "Bürünc medal" mükafatı veriləcək.
  • Digər istifadəçilər "Ortaq qrup işi ulduzu" təltif ediləcəklər.

Komissiya üzvləri[edit | edit source]