Wn/az/Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əlavə və dəyişikliklər ediləcək
25 aprel 2011, Bazar ertəsi
- 27 August 2023: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 27 August 2023: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 4 July 2022: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 2 March 2022: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Milli Məclisin aqrar siyasət komitəsinin iclası keçirilib. AzərTAc-ın məlumatına görə, iclasda “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Komitənin sədri Eldar İbrahimov deyib ki, Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş layihə adı çəkilən qanunun daha da təkmilləşməsinə xidmət edir.
Sonra Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsi müdirinin müavini Şahmərdan Kərimov layihə barədə ətraflı məlumat verib. O, bildirib ki, 10 fəsil, 81 maddədən ibarət olan qanun torpaqların dövlət ehtiyacları üçün alınması qaydalarını, şərtlərini və digər münasibətləri tənzimləyir. Qanuna təklif olunan dəyişikliklər torpaqların dövlət ehtiyacları üçün alınması zamanı yaranmış mübahisələrin məhkəmə yolu ilə həllindən sonra qəbul olunmuş qərarların icrası ilə bağlıdır.
Müzakirələrdən sonra layihə təsdiqlənmək üçün Milli Məclisə tövsiyə olunub.