Wn/az/RSXM-də gənc alim və mütəxəssislər şurasının iclası keçirilib

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > RSXM-də gənc alim və mütəxəssislər şurasının iclası keçirilib
Jump to navigation Jump to search
Azərbaycan xəbərləri
Azərbaycanın yerləşdiyi ərazi

Azərbaycanın yerini göstərən xəritə

Azərbaycandakı digər xəbərləri görmək, dəyişdirmək və ya başlatmaq üçün, Azərbaycan Portalına baxın.
Flag of Azerbaijan.svg

RSXM-də gənc alim və mütəxəssislər şurasının iclası keçirilib

  • AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının yenidən formalaşdırılmasına həsr edilmiş iclas keçirilib. İclasda çıxış edən AMEA nəzdində RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli bundan əvvəl mərkəzdə Gənc Alim və Mütəxəssislər Şurasının fəaliyyət göstərdiyini, lakin işinin qənaətbəxş olmadığını qeyd edib.
  • Təşkilatın yenidən formalaşdırılması zərurətinin yarandığını vurğulayan baş direktor həmçinin RSXM-də gənc kadr potensialının böyük olduğunu və gənc alimlərin yetişməsi üçün bütün imkanların yaradıldığını deyib.
  • İclasda iştirak edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Respublika Seysmoloji Xidmət Mərkəzində çalışan gənclərin inkişaf etməsi üçün hər cür şəraitin yarandığını qeyd edib və yenidən formalaşan Şura üzvlərinin daha da fəal olacaqlarına inandığını bildirib.
  • Daha sonra doqquz nəfərdən ibarət İdarə heyəti seçilib. İdarə heyəti üzvlərinin səsverməsi nəticəsində Nərminə İsmayılova RSXM-nin Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Ruslan Ağakərimov sədrin müavin, Lalə Piriyeva Şuranın katibi seçilib.

* AMEA nəzdində RSXM-nin İnformasiya şöbəsi

İstinad[edit]