Jump to content

Wn/az/Qadın güləşçilərimiz Avropa çempionatında daha iki qızıl və bürünc medal qazandı

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Qadın güləşçilərimiz Avropa çempionatında daha iki qızıl və bürünc medal qazandı

1 aprel 2011, Cümə

Almaniyanın Dortmund şəhərində Azərbaycan yığmasının da iştirak etdiyi güləş üzrə Avropa çempionatında Yuliya Ratkeviç (59 kq) mübarzəyə italiyalı Simona Korbani ilə duellə başlayıb və qələbə qazanıb. Növbəti mərhələdə macarıstanlı Qabriella Sleşlə üz-üzə gələn idmançımız bu rəqibini də məğlub edib. Yarımfinaldakı rəqibi britaniyalı Olqa Butkoviçi də sıradan çıxaran Ratkeviç adını finala yazdırıb. Həlledici mərhələdə komandamızın üzvü rumıniyalı Georgiana Paiçin də kürəyini yerə vurmaqla baş mükafata sahib çıxıb.

63 kq-da mübarizə aparan Olesya Zamula püşkatmaya görə birinci mərhələni buraxıb və növbəti mərhələdə Mixaela Panaitlə (Rumıniya) qarşılaşmalı olub. Bu rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti mərhələdə türkiyəli Leyla Mətinə də eyni aqibəti yaşadıb. Lakin yarımfinalda ukraynalı Yuliya Ostapçukla qarşılaşan Olesya bu görüşdə uduzub. Buna baxmayaraq, onun hələ bürünc medal qazanmaq şansı qalırdı. Bu üzdən də latviyalı Laura Skujina ilə üz-üzə gələn idmançımız bu fürsətdən maksimum yararlanaraq, ölkəmizə daha bir medal qazandırıb.

Avropa çempionu Nadejda Sementsova (67 kq) da gözləmə rejimində idi və onun ilk rəqibi Burcu Orskaya (Türkiyə) olub. Bu rəqibini mübarizədən kənarlaşdıran Nadejda yarımfinalda belaruslu Anna Savenyaya da eyni aqibəti yaşadaraq, finala yüksəlib. İdmançımız qızıl medal qazanmaq yolunda ukraynalı Alina Maxinyanı məğlub etməli idi ki, qızıl medala sahib çıxsın. O, bu vəzifənin öhdəsindən layiqincə gələrək, ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Əlaqəli xəbərlər

[edit | edit source]

Mənbə

[edit | edit source]