Wn/az/Qəbələ Telekommunikasiya Qovşağının rəisi Şahin Tağıyevə 161 min Azərbaycan manatı mənimsəməyə görə şərti cəza verilib
14 fevral 2019, Cümə axşamı
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Qəbələ Telekommunikasiya Qovşağının 161.000.000 Azərbaycan manatı mənimsəmədə təqsirli bilinən sabiq rəisi Şahin Tağıyevə şərti cəza verilib. Belə ki, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin apardığı yoxlamalar zamanı Qəbələ Telekommunikasiya Qovşağında pozuntular ortaya çıxıb. Ona Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham irəli sürülüb. "Bizimyol.info" xəbər portalının verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Atlıxan oğlu Qəribovun sədrlik etdiyi kollegiya belə hökm çıxarıb. Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Şahin Tağıyevə şərti cəza verilib.
Şahin Tağıyevin dəymiş zərəri ödədiyi bildirilib.
Mənbə
[edit | edit source]- Rəşad Vaqifoğlu. 161 min manat mənimsəməyə görə rəisə şərti cəza verildi — Bizimyol.info, 14 fevral 2019

