Wn/az/Prezident Obama 24 aprel, ermənilərin anım günü münasibəti ilə gözlənilən bəyanatını verib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Prezident Obama 24 aprel, ermənilərin anım günü münasibəti ilə gözlənilən bəyanatını verib


25 aprel 2011, Bazar ertəsi

ABŞ prezidenti Barak Obama şənbə günü Osmanlı İmperiyasının son illərində baş verən erməni təhcirinin qurbanlarının anım günü kimi qəbul edilən 24 aprel münasibəti ilə bəyanat verib.

Amerikanın səsinin Ağ Evin mətbuat xidmətindən əldə etdiyi bəyanatda, prezident Obama ötən il olduğu kimi bu il də erməni diasporunun və bəzi qanunvericilərin prezidentə göndərdikləri məktublarda tələb olunan “soyqırım” sözü əvəzinə erməninələrin özlərinin işlətdikləri və bu dildə “böyük fəlakət” mənası verən “Meds Yeghern” ifadəsini işlədib.

Bəyanatda, 96 il əvvəl baş verən qətliamlar “20-ci əsrin ən ağır qətliamlarından biri ilə nəticələnən qorxulu hadisələr” və “1915-ci ildə Osmanlı İmperiyasının son günlərində 1.5 milyon erməninin ya qətlə yeyirildi ya da ölüm yürüşünə göndərildi” kimi səçiyyələndirilib.

Prezident Obama 1915-ci ildə nələrin baş verdiyi barədə öz düşüncəsini eyni olaraq bildirdiyini və onun həmin tarix haqqındakı fikirlərinin dəyişmədiyini, gerçəklərin tam, səmimi və ədalətli şəkildə qəbul edilməsinin hamının xeyrinə olduğunu qeyd edib. O deyib ki, mübahisəli tarix bu günün sabitliyini pozur və həyatını itirənlərin xatirəsini ləkələyir, tarixlə hesablaşmaq isə dinc və firavan bir ortaq gələcək üçün güclü bünövrəni təmin edir. "Tarixin öyrətdiyi kimi, biz ağrılı keçmişi lazımi şəkildə qəbul edib, daha yaxşı bir gələcək üçün anlayış körpülərinin bərpasına çalışanda xalqlarımız daha güclü və amallarımız daha ədalətli olur. Birləşmiş Ştatlar, öz tariximizin qaranlıq səhifələrindən bu dərsi yaxşı bilir".

Prezident Obama bəyanatında Ermənistan və Türkiyədən olan cəsarətli şəxslərin onların ortaq tarixlərini qəbul edəcək dialoqu təşviq edən addımlarını dəsdəklədiyini bildirib: “Biz Meds Yeghernin il dönümünü qeyd etdiyimiz, həyatlarını itirənlərərin xatirəsinə ehtiramımızı bildirdiyimiz bir zamanda, belə dəhşətli hadisələrin bir daha təkrar olunmamasına zəmanət üçün yenidən öhdəlik götürürük. Bu minlərlə erməni mənşəli amerikalının özününküləşdirdiyi müasir amaldır.”

Bəynatında "Meds Yeghern" ifadəsini üç dəfə işlədən Barak Obama, ermənilərin və erməni mənşəli amerikalıların, mədəniyyət və ənənələri ilə amerika xalqına verdikləri töhfələrdən bəhs edib.

Mənbə[edit | edit source]