Jump to content

Wn/az/Plastik çirklənmədən azad olaq!- Ümumdünya ətraf mühit gününün mövzusu belədir

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Plastik çirklənmədən azad olaq!- Ümumdünya ətraf mühit gününün mövzusu belədir


6 iyun 2018, Çərşənbə

İyunun 5-ı Ümumdünya ətraf mühit günüdür.

5 iyunun “Ümumdünya Ətraf Mühit Günü" kimi qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib.

Buna 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “ya biz çirklənməni qurtarırıq, ya da çirklənmə bizi qurtarar” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq verib.

2018-ci il üçün "Plastik çirklənmədən azad olaq!" mövzusu seçilib.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirir ki, səfirlikdə fəaliyyət göstərən plastik tullantıların toplanması və təkrar emalı proqramı sayəsində hər il Azərbaycan ərazisi tonlarla plastik tullantılardan azad olur.

“Biz inanırıq ki, dünyada yaşayan insanlar plastik məhsullardan həddindən artıq olan asılılığı azaltmaq istiqamətində çalışmalıdırlar. Plastik tullantıların təkrar emalı, təkrar istifadəsi və azalması ilə bağlı öhdəliyimizi nümayiş etdirmək məqsədi ilə 2016-cı ildə səfirliyin əməkdaşları istifadə olunmuş plastik butulkalardan düzədilmiş və ətraf mühitə zərər gətirməyən yeni il ağacını qurmaq qərarına gəldi. Bu layihə çox populyar olduğundan, biz onu digər yerli tərəfdaşlarla əməkdaşlıq edərək 2017-ci ildə yenidən təkrarladıq. Biz planetimizi birlikdə xilas edə bilərik!”, səfirlyinin facebookda yaydığı məlumatda deyilir.

Mənbə

[edit | edit source]