Wn/az/Norveçdəki teraktı törətməkdə ittiham edilən şəxsin ifadəsi zamanı maraqlı faktlar ortaya çıxıb

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Norveçdəki teraktı törətməkdə ittiham edilən şəxsin ifadəsi zamanı maraqlı faktlar ortaya çıxıb


25 iyul 2011, Bazar ertəsi

Norveçdə cümə günü dəhşətli bomba hücumu və atışmada şübhəli bilinən şəxsin hadisə yerinə bomba hazırlamaqda istifadə edilən altı ton gübrə gətirdiyi bildirilir. Norveçdə cümə günü baş vermiş hücumlar zamanı 92 insan həlak olub. Paytaxt Osloda hökumət binasında bomba partlayışı zamanı yeddi, sonra isə Leyborist partiyasının təşkil etdiyi yay düşərgəsində silahlı hücum zamanı isə 85 insan həyatını itirmişdir.

Polisin verdiyi məlumata görə, hücumu həyata keçirən şəxs sağçı meylli fundamentalist xristian 32 yaşlı Anders Behrinq Breyvikdir. Polis bildirir ki, o, internetdə müsəlmanlar əleyhinə yazı yerləşdirib. Başqa mənbələrə görə, o, Norveçdə müxtəlif mədəniyyətlərin təmsil olunmasının qəti əleyhdarı olub. Norveç mətbuatı Breivikin Facebook sosial şəbəkəsində hərbi oyunlar oynadığı haqda məlumat verib. Rəsmilər hücumların hansı motivlərlə həyata keçirildiyini müəyyən etməyib.

Norveç polisi cümə günü gənclərin yay düşərgəsində çox sayda insanın ölümü ilə nəticələnmiş hücumda ikinci silahlı şəxsin də iştirak etdiyi ehtimalını araşdırır. Norveçin milli televiziyası NTB-nin verdiyi məlumata görə, hücumun baş verdiyi Utoeya adasında olan şahidlər polisə ikinci şəxsin də hadisədə iştirak etdiyini deyib. Şahidlərin bildirdiyinə görə, polisin saxladığı şəxs polis formasında, lakin ikinci şəxs adi geyimdə olub. Baş naziri Yens Stoltenberq İkinci Dünya müharibəsindən sonra ölkədə baş vermiş ən dəhşətli hücumları böyük faciə adlandırıb.

Osloda bomba hücumu və gənclik düşərgəsindəki atışmanın məsuliyyətini üzərinə götürən şəxsin vəkili və polisin bildirdiyinə görə, o, tək hərəkət etdiyini bildirib. Lakin bəzi şahidlər başqa bir silahlı şəxsin olduğunu iddia edir.

Anders Behring Breivik hər iki hücumun məsuliyyətini daşıdığını etiraf etsə də, bunun cinayətkarlıq deyil, lazimi vəhşilik olduğunu deyib. Qeyd edək ki, hücumlar 93 nəfərin ülümü ilə nəticələnib. Ona qarşı terrorçuluq ittihamı irəli sürülüb. Polis idarəsinin rəisi Sveinung Sponheim bu gün keçirdiyi mətbuat konfransında başqa bir şübhəlinin olmadığını və istintaqın davam etdirildiyini bildirib.Norveçin baş naziri Osloda keçirilən matəm mərasiminə rəhbərlik edib. Jens Stoltenberg yüzlərlə Oslo kilsəsində toplaşan yüzlərlə insan qarşısında deyib ki, bu, Norveç üçün milli faciədir. Mərasimdə kral Herald və kraliça Sonya da iştirak edib.

Mənbə[edit | edit source]