Wn/az/Nəsli tükənən heyvanların siyahısında olan qara leopardın 100 il sonra fotoları çəkilib
17 fevral 2019, Bazar
Qara leopardın ən son görüntüsü 1909-cu ildə çəkilmişdi. 2019-cu ildə isə Qara leopardın fotolarını Uill Berrard Lukas adlı fotoqraf çəkib. Fotolar Keniyada meşəlik bir ərazidə çəkilib. Onu digər leopardlardan fərqli edən tək şey rənginin qara olmasıdır. Rənginə görə gecələr onun yalnız gözlərini görmək mümkündür. Bu növ leopardın törəməsi genetik dəyişikliklər nəticəsində olur. Lakin bu, çox nadir görülə və tapıla bilən heyvan növüdür. Bu leopardlar çox səssiz hərəkət edən və tənha yaşamağı bacaran heyvanlardır.
Bir əsrdir ki, fotoları çəkilə bilməyən bu leopard növü yalnız Keniyada Laikipa adlı ərazidə mövcuddur. Onun fotolarını çəkən fotoqraf bunları deyib: "Qara leopardın Laikipa ərazisində görüldüyü barədə dedi-qoduları eşitməyə başladım. Hazırlaşıb Keniyaya, həmin əraziyə gəldim. Sözügedən ərazidə müxtəlif yerlərə fotoaparatlar yerləşdirdim. 5 gün o leopardın gəlməsini gözlədim. Fotoaparatları toplayıb, yoxlama apardıqda gözlərimə inana bilmədim. Həmin leopardın fotoları kameramda mövcud idi".
35 yaşlı fotoqraf onu da bildirib ki, bu qara leopardın fotosunu çəkmək onun gənclik arzusu imiş. 1909-cu ildə çəkilən sonuncu qara leopardın fotosu Vaşinqtonda Smithsonian milli təbiət tarixi muzeyində sərgilənir.
Mənbə
[edit | edit source]- 100 il sonra ilk dəfə: Qara leopardın görüntüsü — Bizimyol.info, 17 fevral 2019