Wn/az/MDU-da azərbaycanlı tələbənin Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş diplom işinin müdafiəsi keçirilib
26 may 2011, Cümə axşamı
- 10 February 2025: Wn/az/Rusiyalı qadın qarnında “saatlı bomba” ilə iyirmi il yaşadı
- 10 February 2025: Wn/az/Vladimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb
- 10 February 2025: Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)
- 10 February 2025: Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
- 10 February 2025: Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib
M.V. Lomonosov adına MDU-nun tarix fakültəsində tələbə Ülkər Mehdiyevanın Rusiyadakı Azərbaycan diasporunun gənclər və təhsil layihələrinin inkişafı kontekstində Heydər Əliyev Fondunun fəaliyyətinə həsr olunmuş diplom işinin müdafiəsi keçirilib.
Bu, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin və fədakar fəaliyyəti Rusiya ilə Azərbaycan arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə yardım edən, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyətinin əsas aspektlərinə toxunan ilk işdir.
Ülkər Mehdiyevanın diplomu opponentlərin ən yüksək qiymətini alıb. Yaxın vaxtlarda MDU-nun tarix fakültəsində RF ilə Azərbaycan arasında əlaqələrin müxtəlif aspektlərinə həsr edilmiş daha bir neçə diplom müzakirə olunacaq.
Bu tədqiqatların elmi rəhbəri MDU-nun tarix fakültəsinin dekan müavini Aleksey Vlasovdur.