Jump to content

Wn/az/Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Ümumdünya diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib.

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Leyla Əliyevanın təşəbbüsü ilə Moskvada Ümumdünya diabetlə mübarizə günü ilə əlaqədar tədbir keçirilib.


15 noyabr 2014, Şənbə

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) V.Vasilenko adına Daxili Xəstəliklərin Propedevtikası Klinikasında Şəkərli diabetlə mübarizə günü təşkil edib.

Milli.Az AzərTAc-a istinadən bildirir ki, BMDTU-nun Endokrinologiya kafedrasının müdiri, professor Valentin Fadeyev tədbiri açaraq qeyd edib ki, hər il Ümumdünya diabetlə mübarizə günü bu xəstəliklə əlaqədar müəyyən mövzuya həsr olunur. 2014-2016-cı illərdə Ümumdünya diabetlə mübarizə gününün mövzusu “Sağlam həyat tərzi və şəkərli diabet”dir.

Tədbirin təşkilatçılarından biri, RAGB-nin Nəzarət-təftiş komissiyasının üzvü Samir Əliyev iştirakçılara uşaqlarda diabet problemindən danışıb və qeyd edib ki, dünyada “gənclərin diabeti” adlandırılan 1-ci tip şəkərli diabet xəstələrinin sayı artır. O həmçinin şəkərli diabetlə mübarizədə sağlam həyat tərzinin əhəmiyyətini xüsusi vurğulayıb.

BMDTU-nun tələbələri olan RAGB nümayəndələri Uşaq endikrinologiya şöbəsinin müdiri Alisa Vitebskaya ilə birlikdə oyun formasında balaca pasiyentlərə şəkərli diabet zamanı özünənəzarətin vacib olduğunu izah ediblər. Sonra uşaqlar öz yeni dostları ilə birlikdə müxtəlif müsabiqələrdə və oyunlarda həvəslə iştirak ediblər.

Tədbirin sonunda RAGB-nin nümayəndələri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın adından tibb müəssisəsinə məişət texnikası, uşaqlara isə hədiyyələr təqdim ediblər.

Klinikanın rəhbərliyi RAGB-nin sədri Leyla Əliyevaya, habelə Diabetlə mübarizə günü tədbirinin təşkilində və keçirilməsində fəal iştirak edənlərə minnətdarlığını bildirib.

Mənbə

[edit | edit source]
  1. http://news.milli.az/society/308879.html