Wn/az/Instagram bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Instagram bloqerlər üçün xüsusi funksiyaları sınaqdan keçirir

14 fevral 2019, Cümə axşamı

Instagram logo 2016.svg

"Instagram" proqramı çoxlu sayda abunəçisi olan istifadəçilər üçün şəxsi mesajlara girişi məhdudlaşdırmağa, həmçinin səhifə barədə daha ətraflı statistika əldə etməyə imkan verəcək yeni funksiyaları sınaqdan keçirir.   Xeberler.az xarici mediaya  istinadən bildirir ki, belə hesabın sahibi "Direct"ə ("Instagram"da şəxsi mesajlarla mübadilə xidməti) girişi yalnız müəyyən istifadəçilər üçün əlçatan edə bilər. Digər istifadəçilər isə ona yaza bilməyəcək.   "Biz "Instagram"ı fanat cəmiyyətlərinin yaradılması üçün ən yaxşı və ən sadə meydançaya çevirmək, həmçinin məzmun yaradıcılarına öz brendlərini yaratmaqda kömək etmək istəyirik" – internet şirkətin meneceri Eşli Yuki deyib.   Bundan başqa, bloqerlər daha təkmil statistika ilə təmin ediləcək ki, bu da onlara səhifənin populyarlığını və abunəçilərin aktivliyini ətraflı təhlil etməyə kömək edəcək.

Mənbə[edit | edit source]


Bookmark-new.svg