Wn/az/Futzal üzrə Azərbaycan çempionatlarının iştirakçıları təsdiqlənib
- 2 September 2018: Wn/az/Olimpiya məşəlinin yandırılma tarixi açıqlanıb
- 30 August 2017: Wn/az/Qarabağ FK Kopenhagen komandasını məğlub etdi
- 24 February 2016: Wn/az/Yekaterina Qamova karyerasını Azərbaycanda davam etdirə bilər
- 23 February 2016: Wn/az/Azərbaycanın basketbol millisi Küveyt və İraqla qarşılaşacaq
- 23 February 2016: Wn/az/Azərbaycan Avrasiya Ağır Atletika Assosiasiyasına üzv seçildi
Sentyabrın 8-də, saat 12:00-da Bakı İdman Sarayının mətbuat konfransı otağında Yüksək, I və II liqaların 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.
Artıq çempionatda iştirakçı komandaların adları bəllidir.
Yüksək Liqada hələlik yeddi komandanın iştirakı təsdiqlənib. Futzal Federasiyasından saytımıza verilən məlumata görə, daha bir komandanın sentyabrın 7-dək iştirakla bağlı müraciəti müsbət dəyərləndirilə bilər.
Yüksək Liqa: “Araz”, EKOL, “Neftçi” İK, “Yasamal” FK, “Xəzər Cənub”, “Liman”, “Yasamal” İdman -Sağlamlıq Kompleksi;
I Liqa: “Sovetski” FK, “Qrin Loq”, “Zəngilan” FK, “Standard”, “Metropoliten”, “Baku Fayr”, “Yasamal-2”, “Şərq”, “Çinar Cəbrayıl”, ADBTİA, “Raiq”, “Baku Fans”, “Ulduz”, U-19, AZMİU, “Fizuli” FK;
II Liqa: SAB, “Star Klub”, “Rəvan” FK, “Hövsan”, “Advokat”, “Gənclik”, “Borçalı” FK, “Dalğa”, “Baku Fayr-2”, “Bibi-Heybət”, “Obolon”, “Bədr FK Xocalı”, “Avanqard” FK, “Təbriz”, “Atletiko Baku”, “Beyker Hyucz”, “Gilan Konstrukşn”, “Beyker Tili”, “Hicran”, “Xəzər”.
Ötən mövsüm Yüksək Liqada mübarizə aparmış, gümüş mükafatçı və ölkə kubokunun qalibi “Marafon”, eləcə də, “İtaldizayn” komandaları dağılıb. “Marafon” klubu millət vəkili Mirzəcan Xəlilovun oğlu Vüsal Xəlilova, “İtaldizayn” isə Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalova məxsus idi.
Mənbə
[edit | edit source]