Wn/az/Ermənistan prezidenti təyyarəsindən məhrum oldu

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Ermənistan prezidenti təyyarəsindən məhrum oldu

Ermənistan prezidenti Armen Sarkisyanın administrasiyası “Airbus” təyyarəsindən məhrum olub, dövlət başçısının büdcə xərcləri isə 741 milyon dram (1,5 milyon dollar) azaldılıb.

Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Ermənistan prezidenti administrasiyasının yeni rəhbəri Emil Tarasyan bildirib. Onun sözlərinə əsasən, prezidentin 2019-cu il üçün xərcləri 1,183 milyard dram (2,4 milyon dollar) təşkil edəcək ki, bu da 2018-ci il büdcəsinin 61.5 faizidir.

Qeyd edilir ki, ixtisarların əsas hissəsi əmək haqlarına aiddir – 532 milyon dram. 2019-cu ildə isə növbəti ixtisarlar gözlənilir. Belə ki, qanunla hazırki 180 iş yeri əvəzinə 150-si nəzərdə tutulub.

Ermənistan parlamentinin Dövlət məsələləri və insan haqlarının müdafiəsi daimi Komitəsinin sədri Gevork Kostanyan isə bildirib ki, bu cür ixtisarlar təbiidir, çünki prezidentin səlahiyyətlərində əsaslı dəyişikliklər baş verib.

Ermənistanın 4-cü prezidenti Armen Sarkisyan 2018-ci ilin aprelindən vəzifəsinin icrasına başlayıb. Həmin zamandan da Ermənistan parlament idarəetmə modelinə keçib.

Mənbə[edit | edit source]