Wn/az/Donald Tramp 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib
12 mart 2019, Çərşənbə axşamı
- 4 July 2022: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 20 September 2019: Wn/az/NASA robotu Marsa endi
- 20 September 2019: Wn/az/NASA kainatın yaranmasını araşdıracaq
- 20 September 2019: Wn/az/Gələcəyin iqlim proqnozu
- 10 July 2019: Wn/az/Ukrayna ilk dəfə silah istəyi ilə Vaşinqtona müraciət edib
ABŞ Prezidenti Donald Tramp 9 mart 2019-cu ildə tarixində 2020-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsinin 750.000.000.000 ABŞ dollarına qədər artırılmasını tələb edib.
İki ABŞ rəsmi vəzifəlisinin "CNN" telekanalına ABŞ Prezidenti Donald Trampın növbəti həftə 2020-ci il üçün Pentaqon büdcəsinin 718.000.000.000 ABŞ dolları, ümumi müdafiə büdcəsinin isə 750.000.000.000 ABŞ dolları olmasını tələb edəcəyini bildirib. Beləliklə, Pentaqonun büdcəsi 2019-cu ilə nisbətən 4.7% artmış olacaq.
Buna baxmayaraq, ABŞ Nümayəndələr Palatasının Demokratlar tərəfindən idarə edildiyi nəzərə alınsa, bu büdcə dəyişikliyi təklifinin qəbul edilməsi sual altındadır.
Ağ Evin İdarə və Büdcə Ofisi, eləcə də Müdafiə Departamenti bu tələb barədə heç bir şərh etməmişdir.
Pentaqon Baş Katibi vəzifəsini icra edən Çarlz Sammers 8 mart 2019-cu ildə jurnalistlərin büdcə barədə olan sualına "çərşənbə axşamına qədər sizə heç bir şey deyə bilməyəcəyik" cavabını vermişdir, ancaq o, büdcəyə edilən dəyişikliklərin strategiyaya əsaslancağını və son iki büdcə dəyişikliyinə nəzərən ediləcəyini vurğulamışdır.
Rəsmilər "CNN" müxbirlərinə bu büdcənin təqribən 544.000.000.000-u əsas müdafiə büdcəsinə, əlavə 9.000.000.000-ı "fövqəladə vəziyyət" fonduna, yerdə qalan 165.000.000.000-u isə Əfqanıstan, Suriya və İraqdakı əməliyyatlara aid olan "Xarici Gözlənilməz Vəziyyət Əməliyyatları" fonduna ayrılacağını bildirmişdir. 2019-cu ildə bu fondun büdcəsi 69.000.000.000 ABŞ dolları idi.
2018-ci il üçün ABŞ Silahlı Qüvvələrinin büdcəsi 700.000.000.000 ABŞ dolları ilə rekord həddə çatdırılmışdı. ABŞ-ın müdafiə büdcəsi Rusiyanın müdafiə büdcəsindən tam 10 dəfə, Çin müdafiə büdcəsindən isə 4 dəfə daha böyükdür.
Mənbə
[edit | edit source]- Rayan Braun. Trump administration to propose $750 billion military budget next week — CNN Politics, 10 mart 2019
- Lara Seliqman. Pentagon Eyes Windfall as Trump Seeks $750 Billion Defense Budget — Foreign Policy, 10 mart 2019
- Pol Sonn. Trump would pump up Pentagon war-fighting account in bid to fund defense over domestic programs — Stars and Stripes, 11 mart 2019
- Ken Bredemeyer. Trump's 2020 Budget Includes $8.6 Billion for Border Wall — Voice of America, 12 mart 2019