Wn/az/Dünya Britaniyadakı möhtəşəm toyu izlədi

From Wikimedia Incubator
< Wn‎ | azWn > az > Dünya Britaniyadakı möhtəşəm toyu izlədi
Jump to navigation Jump to search


Bookmark-new.svg

30 aprel 2011, Şənbə

Böyük Britaniya xəbərləri
Böyük Britaniyanın yerləşdiyi ərazi

Böyük Britaniyanın yerini göstərən xəritə

Böyük Britaniya ilə bağlı digər xəbərləri görmək, dəyişdirmək və ya başlamaq üçün, Böyük Britaniya Portalına baxın.
Flag of the United Kingdom.svg

Parlaq təbəssümlə gəlin Catherine Middleton əri Şahzadə Williamla Buckingham sarayının qırmızı və qızılı parça ilə örtülmüş eyvanda yan-yana duraraq royal ailənin yeni üzvünü salamlamağa gəlmiş minlərlə adam əl yellədi. Yenicə nikah qurmuş və artıq Cambridge-in hersoq və hersoginyası sayılan cütlük ilk dəfə olaraq ictimaiyyət qarşısında öpüşdü və izdihamın gurultulu alqışları ilə qarşılandılar.

The royal family on the balcony.jpg

Sonrada hersoq həyat yoldaşı ilə bərabər arxasına şarlar bağlanmış və nömrə nişanı JU5T WED oxunan üstü-açıq Aston Martin maşınında ərazini tərk etmişlər.

Şahzadə William və Catherine Middletonu Londonda dəbdəbəli toyuna dünyanın bütün guşlərindən tanımış adamlar qatılıb. Qonaqların sırasında futbol ulduzu David Beckham, baş nazi David Cameron, Norvec kralı və müğənni Elton John olublar.

Middletonun bacısı Philippa və şahzadə Villiamın qardaşı Harry toy mərasiminin şərəfləndirilən qonaqları seçiliblər.

Tədbirdə Bəhreyn kralı iştirak etməyib. Suriyada nümayişçilərə basqılarla bağlı həmin ölkənin səfirinə göndərilən dəvətnamə geri götürülüb.

ABŞ prezidenti Barak Obama və Nicoas Sarkozy tədbirə dəvət olunmayıblar.

Mənbə[edit]