Wn/az/Bakı meriyası müxalifətə Nərimanov kinoteatrının qarşısında mitinq keçirməyə icazə verməyib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Bakı meriyası müxalifətə Nərimanov kinoteatrının qarşısında mitinq keçirməyə icazə verməyib

14 aprel 2011, Cümə axşamı

Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın aprelin 17-də "Nərimanov" kinoteatrının qarşısındakı meydanda mitinq keçirməsinə icazə verməyib. Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya mitinqin Səbail rayonunun 20-ci sahə yaşayış massivində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada keçirilməsini məqsədəuyğun hesab edib

İctimai Palata isə bəyan edib ki, Bakı Şəhər İcra Hakimiyyəti "Nərimanov" kinoteatrının qarşısında mitinqə icazə verməsə, aksiya Sahil bağında keçiriləcək. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu Amerikanın Səsi radiosuna bildirib ki, Bakı meriyası icazə vermədiyi təqdirdə mitinq aprelin 17-də saat 16-dan 18-dək Sahil bağında keçiriləcək. Mitinqin Sahil bağında keçirilməsi ilə bağlı son qərara isə sabah İctimai Palata tərəfindən təsdiq ediləcək.

Xatırladaq ki, İctimai Palatanın 2 aprel mitinqindən sonra Cinayət Məcəlləsinin ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu hərəkətlərdə iştirak etmə maddəsi ilə on nəfər müxalifətçiyə qarşı cinayət işi başlanıb. Aprelin 15-də isə Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli şahid qismində ifadə vermək üçün istintaqa dəvət olunub.

Mənbə[edit | edit source]