Wn/az/BMT Təhlükəsizlik Şurasına üzv ölkələr Suriya hökumətini zorakılıqlara son qoymağa çağırır
27 aprel 2011, Çərşənbə
- 17 February 2025: Wn/az/Suriya Silahlı Qüvvələri Kalat-əl-Mudik şəhərinin nəzarətini ASO-dan alıb
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 17 February 2025: Wn/az/Suriyanın Əl-Bağuz Fəvkani qəsəbəsində döyüşlər baş verib
- 17 February 2025: Wn/az/Suriyanın Kəlcibrin kəndində ASO və XQB arasında döyüşlər baş verib (mart 2019)
BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin nümayəndələri Suriyada hökumətə qarşı davam edən etiraz aksiyalarına qarşı həyata keçirilən zorakılıqlara son qoyulması ilə bağlı birgə bəyanat qəbul etmək üçün bu gün bir araya gəlirlər. Çərşənbə axşamı BMT baş katibi Ban Gi Mun ölkədə baş verən zorakılıqlarla bağlı müstəqil təhqiqatlar aparılmasına çağırıb.
Bu arada isə BMT insan haqları təşkilatı Human Rights çümə günü prezident Əssəd əl-Bəşirin mülki vətəndaşlara qarşı hücumlara son qoyması üçün təzyiq göstərəcək xüsusi yığıncaq keçirəcəyini bildirib. Hərbçilərin zorakılıqların baş alıb getdiyi Dəra şəhərində mövqelərini möhkəmləndirdiyi bir vaxt, bu gün Dəməşq yaxınlığındakı Doma və sahilyanı Banyas şəhərlərinə çox sayda əsgərin yerləşdirildiyi bildirilir.
Keçən ay Suriyada hökumətə qarşı etirazların baş qaldırdığı gündən bəri 400 nəfərdən çox insanın öldürüldüyü, yüzlərlə insanın həbs edildiyi deyilir.