Jump to content

Wn/az/Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Yevlax, Qax, Mingəçevir və Şəmkir rayon polis şöbələrinə yeni rəis təyin edib

From Wikimedia Incubator
< Wn | az
Wn > az > Azərbaycan Respublikasının Daxili İşlər Naziri Ramil Usubov Yevlax, Qax, Mingəçevir və Şəmkir rayon polis şöbələrinə yeni rəis təyin edib

14 fevral 2019, Cümə axşamı

2019-cu ilin fevral ayının 14-də Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında yeni təyinatlar gerçəkləşib. "Report" xəbər portalı məlumat verir ki, bununla bağlı Azərbaycan Respublikasının Daxili İşlər Naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Qax rayon Polis Şöbəsinin rəisi Elnur Mehdiyev tutduğu vəzifədən azad edilərək Yevlax rayon Polis Şöbəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin rəisi Vidadi Qurbanov tutduğu vəzifədən azad edilərək Qax rayon Polis Şöbəsinin rəisi, Zərdab rayon Polis Şöbəsinin rəisi Teymur Hacıyev tutduğu vəzifədən azad edilərək Mingəçevir şəhər Polis Şöbəsinin rəisi, Balakən rayon Polis Şöbəsinin rəisi Elnur Həsənov tutduğu vəzifədən azad edilərək Şəmkir rayon Polis Şöbəsinin rəisi vəzifələrinə təyin ediliblər.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bu təyinatları təsdiqləyib.

Mənbə

[edit | edit source]