Wn/az/Avroviziya mahnı müsabiqəsinin mətbuat konfransında qalmaqal

26 may 2012, Şənbə
- 17 February 2025: Wn/az/“Laçın Şəhəri Günü” münasibətilə möhtəşəm atəşfəşanlıq olub
- 17 February 2025: Wn/az/Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter məhv edilib
- 17 February 2025: Wn/az/İlham Əliyev: "Sülh müqaviləsinin hazırlanması prosesinə ABŞ-ın töhfə verə biləcəyi qənaətindəyik"
- 17 February 2025: Wn/az/Azərbaycan ÜST-dən meymunçiçəyi test dəstlərini təhvil alıb
- 17 February 2025: Wn/az/General-mayor Nizami Məmmədov həbs olundu
Azərbaycan İctimai Televiziyası Bakıda keçirilən Avroviziya mahnı müsabiqəsinin ikinci yarımfinalının qaliblərinin mətbuat konfransında birbaşa yayım zamanı açıq saxtalaşdırmaya yol verməkdən çəkinməyib.
Belə ki, "Röyter" agentliyinin müxbirinin isveçli müğənni Lorinə sualı Azərbaycan dilinə düzgün tərcümə olunmayıb. Jurnalist Lorindən Azərbaycan müxalifətinin nümayəndələri ilə görüşünü şərh etməsini xahiş edib. Lakin sual elə tərcümə olunub ki, guya müğənnidən səhnədə özünü necə hiss etməsi soruşulub.
Mətbuat konfransının yerli aparıcısı da müdaxilə edərək qeyd edib ki, Lorin bu suala necə istəsə cavab verə bilər, bu onun hüququdur, lakin burada hamının əhval-ruhiyyəsi yaxşıdır və yəqin ki, siyasətdən danışmağa dəyməz.
Müğənni isə suala özünəməxsus cavab verərək deyib, sanki iki Lorin mövcuddur və hazırda o, yalnız səhnədəki çıxışı haqda danışmaq, öz əhval-ruhiyyəsini paylaşmaq istəyir.
Mənbə
[edit | edit source]- Eurovision mətbuat konfransında tərcümə qalmaqalı. youtube.com
- “Eurovision” müsabiqəsinin mətbuat konfransında qalmaqal . voanews.com 25 May 2012