Wn/az/Adanada dəm qazından zəhərlənmə baş verib

From Wikimedia Incubator
< Wn‎ | az
Wn > az > Adanada dəm qazından zəhərlənmə baş verib

11 mart 2019, Bazar ertəsi

Türkiyənin Adana ilinin Qaradaş ilçəsinin sahilində balıq tutmaq üçün çadır quran 5 nəfər dəm qazından zəhərlənərək həlak olmuşdur.

Balıq tutmaq üçün Türkiyə Respublikasının Adana ilinin Qaradaş ilçəsindəki Aydınlar sahilinə gedən Həbib Topaluğurlu, Murad Topaluğurlu, Yusif Topaluğurlu, Zəki Qılınc və Əli Turan gecəni orada keçirmək üçün çadır qurmuşdu, ancaq qrupdan uzun müddət bir xəbər alınmadı.

Bir-birləriylə qohum olan qrupun üzvlərindən xəbər ala bilməyən yaxınlarının polisə şikayəti nəticəsində başladılan axtarış əməliyyatında 5 nəfər çadırın içərisində ölü vəziyyətdə tapılıb.

Aparılan ilkin tədqiqatlarda qrupun üzvlərinin dəm qazından zəhərlənərək vəfat etdiyi bildirildi.

Yerli polis insidentin qrupun üzvlərindən birinin qaladıqları manqalı isinmək üçün çadırın içərisinə gətirib sonra isə yatmasından sonra baş verdiyini bildirib.

Mənbə[edit | edit source]