Wn/az/İlham Əliyev Allahşükür Paşazadə ilə bağlı sərəncam imzaladı
9 aprel 2019, Çərşənbə axşamı
- 29 September 2020: Wn/az/Gecə ərzində gərgin döyüşlər davam edib
- 29 September 2020: Wn/az/Füzuli şəhərinin azad olunması uğrunda Azərbaycan Ordusunun hücumu davam edir
- 28 September 2020: Wn/az/Düşmənin daha bir neçə hərbi texnikası məhv edilib
- 28 September 2020: Wn/az/Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib
- 28 September 2020: Wn/az/Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində iki məktəbli həlak olub
Prezident İlham Əliyev Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Müvafiq sənədi aprelin 9-da AZƏRTAC dərc edib.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə Qafqaz Müsəlmanları İdarəsinin təkliflərini nəzərə almaqla, Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə sənəddən irəli gələn məsələləri həll etmək tapşırılıb. Qeyd edək ki, 2019-cu ildə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin anadan olmasının 70, şeyxülislamlıq fəaliyyətinin 40 illiyi tamam olur.
Mənbə[edit | edit source]
İlham Əliyev Allahşükür Paşazadə ilə bağlı sərəncam imzaladı — Bizimyol.info, 9 aprel 2019