Wn/az/"Fənərbaxça" futbol klubu "Zenit" futbol klubunu 1:0 hesabıyla məğlub edib (13 fevral 2019)
13 fevral 2019, Çərşənbə
- 17 February 2025: Wn/az/Mövlud Çavuşoğlu Ermənistandakı ekstremist qruplar haqqında danışıb
- 17 February 2025: Wn/az/Türkiyə Liviyada pilotsuz döyüş təyyarəsini lazer silahı ilə vurub
- 17 February 2025: Wn/az/Türkiyədə Petkim limanında partlayış baş verib
- 17 February 2025: Wn/az/Türkiyə və ASO Suriyanın Təl Rəfat nahiyəsində hərbi əməliyyat həyata keçirib
- 17 February 2025: Wn/az/PKK lideri Abdullah Öcalan YPG silahlı birləşməsinə səslənib
- 17 February 2025: Wn/az/Rusiyalı qadın qarnında “saatlı bomba” ilə iyirmi il yaşadı
- 17 February 2025: Wn/az/Vladimir Zelenski: Ukraynada hazırda 22 milyon ton taxıl bloklanıb
- 17 February 2025: Wn/az/FİFA dünya çempionatından rekord məbləğdə qazanc götürüb (2018)
- 17 February 2025: Wn/az/Rusiya öz vətəndaşlarına Azərbaycana səfər etməyi məsləhət görmür
- 17 February 2025: Wn/az/Dağıstanın Tissi-Axitli kəndində yanğın baş verib
13 fevral 2019-cu il tarixində 2018/2019 UEFA Avropa liqasının 1/16 final mərhələsinin növbəti oyunu keçirilib. İstanbul şəhərində yerləşən Şükrü Saracoğlu stadionunda keçilən qarşılaşmada Türkiyənin "Fənərbaxça" futbol klubu Rusiyanın "Zenit" futbol klubunu qəbul edib. Qarşılaşmanın birinci yarısının bitməsinə iyirmi dörd dəqiqə qalmış sarı bülbüllər hesabı açmağa nail olublar. Qarşılada vurulan yeganə qolun müəllifi "Fənərbaxça" klubunun əlcəzairli legioneri İslam Slimani olub – 1:0. 44-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdirmək şansı qazansalar da, Robert Mak penaltini dəqiq vura bilməyib. İki klub arasındakı cavab oyunu 21 fevral 2019-cu ildə keçiriləcək. Avropa liqasının cari mövsümünün finalı Bakı şəhərində keçiriləcək.
12 fevral 2019-cu ildə Rusiyanın "Çempionat" veb-saytında bir sorğu keçirilib.
Türkiyənin "Milliyet" qəzetinin verdiyi məlumata görə, qarşılaşmanın nəticəsinin nə olacağına dair verilən sualda oxuyucuya beş variant təqdim edildi. 2.000-ə yaxın futbol azarkeşinin qatıldığı sorğuda ən çox seçilən variant 26-lə "Zenit matçda minimal fərqlə məğlub olar" oldu.
"Matç heç-heçə nəticələnər" deyənlər 25%-lə ikinci yerdə, "Zenit matçda minimal fərqlə qalib olar" variantı isə 23%-lə ən çox seçilən üçüncü variant olub. Mavi-ağların yüksək fərqlə məğlubiyyəti 18%-lə dördüncü, yüksək fərqlə qalibiyyəti isə 8%-lə sonuncu yerdə olub.
Mənbə
[edit | edit source]- Sail Ağasəlim. “Zenit” İstanbuldan əliboş qayıdır - VİDEO — oxu.az, 13 fevral 2019
- Ruslar Fenerbahçe - Zenit maçının skorunu bildi — CNN Türk, 13 fevral 2019
- Fenerbahce 1-0 Zenit St Petersburg: Islam Slimani scores after Victor Moses assist as Turkish side win first leg of Europa League clash — Mail Online, 13 fevral 2019